Vladivostok-Rusiyanın Asiyaya qapısı

Müasir şəhər Uzaq Şərqdə böyük iqtisadi mərkəzə çevrilir
Keçən həftə Rusiyanın Uzaq Şərq bölgəsində Vladivostok şəhərində Asiya-Sakit okeanı ölkələrinin əməkdaşlıq forumu keçirildi. Rəsmi Moskva sammitə hazırlıqlara Britaniyanın London Olimpiya oyunlarına sərf etdiyi məbləğdən 50 faiz artıq maliyyə xərclədiyini bildirib.

Bu yaxınlarda Asiya-Sakit okeanı ölkələrinin əməkdaşlıq forumunun keçirildiyi Vladivostok iqtisadi bum dövrünü yaşayır. Yeni hava limanı, şosse yolları və körpülərdən tutmuş, Amerikasayağı inşa edilmiş universitet binasına kimi böyük inşaat layihələri buna misaldır.

Uzaq Şərq dövlət universitetində beynəlxalq araşdırmalar bölməsinin direktoru Artyom Lukin Rusiyanın regionda nüfuzunun artdığını qeyd edir: “Sakit okeanı bölgəsində güc mərkəzi olmaq istəyirsinizsə, sahil bölgəsini inkişaf etdirməlisiniz. Bu, Rusiyanın Uzaq Şərq regionudur.”

Vladivostok Şərqi idarə etmək deməkdir. Çar Rusiyası dövründən sovet dövrünə qədər şəhər Asiyadan hücumların qarşısını almaq üçün istehkam rolunu oynayıb. Dənizlə əhatə olunmuş bu ərazi altı istehkam və sahildə 27 topla qorunub. Vladivostok Rusiyanın Asiyaya qapısıdır.

Rusiya Asiya-Sakit okeanı ölkələrilə ticarət əlaqələrinin ikiqat artırılmasına çalışır. İqtisadiyyat naziri Andrey Belousov Kremlin planlarını açıqlayır:“İki il bundan əvvəl bura tamamilə boş sahədən ibarət idi. Yol yox idi. Hava limanı tikilməmişdi. Körpülər salınmamışdı. Buradakı binaların heç biri yox idi. İndi isə bir milyon kvadrat metrlik ərazidə tikinti işləri aparılıb.”

Vladivostokda durmadan tikinti işlər gedir. Şəhərdə yeni opera və balet teatrı tikilir, neftayırma zadovunun inşasına başlanıb. Şəhərə gələn turistlər üçün yeni kompleks salınır.

Əsas məqsəd isə gəncləri şəhərə cəlb etməkdən ibarətdir. Gənclərin bir hissəsinin iş axtarmaq üçün başqa ölkələrə getməsinə baxmayaraq, Valdivostokda boya-başa çatmış yeni nəslin təmsilçiləri Rusiyanın Asiya ilə əməkdaşlığını genişləndirməsini müsbət qarşılayır.

Anastasiya Melnikova universiteti bitirdikdən sonra Vladivostokda iş axtarır. O deyir ki, Moksvaya getmək üçün doqquz saat uçmaq lazımdır. Yaponiyaya isə cəmi iki saata uçmaq olar. Onun sözlərinə görə, Rusiya və Yaponiya tərəfdaş ölkələrdir və uzun zaman tərəfdaş olaraq qalacaqlar.

Müasir Vladivostok Asiyadan investorları cəlb edərək, böyük iqtisadi mərkəzi kimi yeni bir rolda çıxış edir.