Moskvanın bazar ertəsi bildirib ki,, Ukraynanın sifarişi ilə Rusiyanın kremlyönlü televiziya aparıcısı Vladimir Solovyova qarşı sui-qəsd təşkil etməyi planlaşdıran "neonasist terrorçu qruplaşması"nın üzvləri həbs edilib.
"Rusiya Federasiyasının İstintaq Komitəsi Rusiyada qadağan edilmiş neo-nasist "Milli Sosializm/Ağların Gücü" terror təşkilatının həbs ediən üzvləri Rusiya vətəndaşlarıdır" - deyə, ölkə mediası Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin açıqlamasına istinadən bildirib.
Rusiyanın Federal Təhlükəsizlik Xidməti iddia edir ki, qrup "Ukrayna Təhlükəsizlik Xidmətinin göstərişi ilə rusiyalı televiziya və radio jurnalisti Solovyovun qətlini planlaşdırıb".
Məlumatda bildirilib ki, qrup Solovyovun qətlini hazırladığını etiraf edib, bundan sonra xaricə qaçmağı planlaşdırıb.
Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin məlumatına görə, həbs edilən şəxslərin evlərində aparılan axtarış zamanı saxta Ukrayna pasportları, silahlar, narkotik maddələr və əldəqayırma partlayıcı qurğu aşkar edilib.
Rusiya prokurorlarının yığıncağında çıxış edən prezident Vladimir Putin ad çəkmədən "Rusiyanın məşhur tele-jurnalistinin qətlinin" planlaşdırılmasında Vaşinqtonun əli olduğunu iddia edib.
"Onlar jurnalistlərimizin qətlini hazırlamaq üçün terrora əl atıb. Biz bunda əli olan Qərbin məxfi xidmətlərini adları ilə tanıyırıq. İlk növbədə təbii ki, Ukraynanın təhlükəsizlik orqanları ilə işləyən Mərkəzi İstintaq Agentliyini" - deyə, Putin televiziya ilə çıxışında bildirib.
"Görünür, onlar (jurnalistləri öldürmək) kimi məsləhətlər verir. Onların jurnalistlərin hüquqlarına, (və) ümumilikdə insan haqlarına münasibəti belədir", Putin əlavə edib.
Putinin və Rusiyanın Ukraynadakı hərbi kampaniyasının sadiq tərəfdarı olan Solovyov dövlət "təbliğatını" yaydığı üçün Avropa İttifaqının sanksiyaları ilə üzləşib.