Beynəlxalq Fəza stansiyası yeni ekipaj üzvlərini qəbul edib

  • Amerikanın səsi

Beynəlxalq Fəza stansiyası yeni ekipaj üzvlərini qəbul edib

Beynəlxalq Fəza Stansiyası yeni komandanı qəbul edib.Rusiya kosmonavtı Dmitri Kondratyev, ABŞ-ın fəza agentliyi NASA-nın astronavtı Ketrin Kolman və Avropanın fəza agentliyinin təmsilçisi italyan Paolo Nespoli bu gün Rusiyanın Soyuz gəmisində Beynəlxalq fəza stansiyasına yetişiblər. Onlar gələn altı ay ərzində artıq stansiyada çalışan üç nəfərdən ibarət ekipaja qoşulurlar. Bu müddət ərzində mütəxəssislər elmi tədqiqatlar aparacaq, stansiyada təmir işləri görəcəklər. Soyuz gəmisi Beynəlxalq Fəza stansiyası ilə Afrikanın qərbində Mali üzərində 355 kilometr yüksəklikdə birləşib. Stansiyada iki rus və bir amerikalı astronaft çalışır. Beynləxalq Fəza stansiyası gələn ABŞ il şatl uçuşlarını dayandırdıqdan sonra yeni mərhələyə qədəm qoyaraq. Şatlın sonuncu iki uçuşundan sonra Soyuz orbitdəki laboratoriyaya ekipahı çatdıracaq yeganə kosmik gəmi olacaq.