Rusiya ABŞ Konqresinin 398 üzvünə sanksiyalar tətbiq edib

Rusiya Vaşinqtonun Ukrayna ilə bağlı elan etdiyi cəza tədbirlərinə cavab olaraq ABŞ Konqresinin 398 üzvünə qarşı sanksiyalar tətbiq edib.

İnterfaks xəbər agentliyinin Rusiya Xarici İşlər Nazirliyinin aprelin 13-də verdiyi bəyanata istinadən bildirdiyinə görə, Rusiya daha çox sanksiya nəzərdə tutub.

"ABŞ-ın davamlı olaraq tətbiq etdiyi sanksiyaları nəzərə alaraq, yaxın gələcəkdə Rusiyanın cavab tədbirləri ilə bağlı əlavə açıqlamaları planlaşdırılır" - deyə, Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.

Sanksiyalara təsirə məruz qalan qanunvericilərin ölkəyə girişinə qadağalar da daxildir.

Xarici İşlər Nazirliyi ayrı bir bəyanatında Kanada Senatının 87 üzvünə qarşı da sanksiya tətbiq edildiyini və Ottavanın "qısagörən" siyasəti səbəbindən yaxın zamanda əlavə tədbirlərin elan ediləcəyini bildirib.

Nazirlik bu addımların Vaşinqtonun keçən ay Rusiya Dumasının və ya parlamentinin 328 deputatına qarşı elan etdiyi sanksiyalardan sonra atıldığını bildirib.

Rusiya prezidenti Vladimir Putin fevralın 24-də qərbyönümlü Ukraynaya qoşun göndərdikdən sonra Qərb bir neçə bankın SWIFT mesajlaşma sistemindən çıxarılması, Rusiya ixracına embarqolar, investisiyalara yeni məhdudiyyətlər, dövlət məmurları və onların ailələrinin aktivlərinin dondurulması da daxil olmaqla, Moskvaya qarşı genişmiqyaslı sanksiyalar tətbiq edib.

Qərb ölkələri casusluqda şübhəli bilinən onlarla Rusiya diplomatını koordinasiyalı şəkildə ölkədən çıxarılmasını elan edib.

Rusiya cavab addımı olaraq Avropa İttifaqına üzv olan Çex Respublikasının yüksək rütbəli diplomatını Moskvadakı səfirliyindən qovduğunu bildirib.