Ukraynanın pilotsuz uçuş aparatları Rusiyanın altı regionunu hədəf alıb

Ukrayna çərşənbə günü səhər saatlarında Rusiyaya pilotsuz təyyarələrlə silsilə hücumlar həyata keçirib ki, bu, iki ölkə arasında 18 aydır davam edən münaqişənin başlamasından bəri Kyivin Rusiya ərazisinə etdiyi ən genişmiqyası hücumdur.

Ukraynanın pilotsuz uçuş aparatları Rusiyanın altı regionunu hədəf alıb. Onlardan biri Rusiyanın Estoniya və Latviya ilə sərhədi yaxınlığındakı hava limanı olub. Rusiyanın Tass xəbər agentliyinin fövqəladə hallar rəsmilərinə istinadən verdiyi məlumata görə, həmin pilotsuz təyyarə böyük yanğına səbəb olub və ağır texnika, qoşun daşıya bilən dörd İl-76 hərbi nəqliyyat təyyarəsini zədələyib.

Rəsmilərin dediyinə görə, gecə saatlarında pilotsuz təyyarə hücumları dörd saatdan çox davam etsə də, xəsarət alan olmayıb. Ukrayna rəsmiləri dərhal şərh verilməyib. Lakin Kyiv Rusiya daxilində hücumlara görə məsuliyyəti nadir hallarda öz üzərinə götürür.

Bu arada, Moskva qüvvələri gecə saatlarında Kyivi pilotsuz təyyarələr və raketlərlə vurub. Ukrayna rəsmilərinin “kütləvi, birləşmiş” kimi təsvir etdikləri hücum zamanı iki nəfər ölüb.

Kyiv meri Vitali Kliçko Telegram kanalında şəhərin bir sıra rayonlarında partlayışlar, yanğınlar və dağıntılar olduğunu deyib.

Rusiya rəsmiləri Ukrayna pilotsuz təyyarələrinin Rusiyanın Estoniya və Latviya sərhədi yaxınlığında yerləşən Pskov vilayətindəki aeroporta etdiyi hücum nəticəsində 4 hərbi nəqliyyat təyyarəsinin zədələndiyini bildirib.

Vilayətin qubernatoru Mixail Vedyornikov Telegram kanalında ərazidə güclü yanğını nümayiş etdirən video yayımlayıb. Zərərçəkənlər barədə məlumat verilməyib və zərərin qiymətləndirilməsi üçün çərşənbə günü hava limanında uçuşlar ləğv edilib.

Rusiya ordusu Oryol, Kaluqa, Bryansk, Rayazan və Moskva vilayətlərində Ukraynaya məxsus pilotsuz təyyarələri vurduğunu bəyan edib.

Rusiya ordusu eləcə də ilhaq edilmiş Krım yarımadasındakı liman şəhəri Sevastopol yaxınlığında Rusiyanın Qara Dəniz Donanmasının bazasına pilotsuz təyyarə hücumunu dəf etdiyini bildirib.

Rusiya çərşənbə günü bildirib ki, Qara dənizin naməlum hissəsində Ukrayna əsgərlərini daşıyan 4 hərbi kateri də məhv edib.