Ukrayna-Rusiya böhranında son durum

Rusiya ilə Ukrayna arasındakı gərginlikdə son durum:

* NATO-nun baş katibi Yens Stoltenberq Rusiya ordusunun Ukrayna sərhədindən geri çəkildiyinə dair bir işarənin olmadığını xəbər verib və Rusiyanın qoşun sayını artırdığını bildirib.

* NATO-nun müdafiə nazirləri Brüsseldə danışıq apardığı zaman Stoltenberq deyib ki, Rusiyanın hələ də Ukraynaya “heç bir xəbərdarlıq etmədən” hərbi müdaxilə etmək imkanı var.

* Rusiya Ukraynanın müdafiə nazirliyi və iki bankına kiber hücumun məsuliyyətini üzərinə almağı rədd edib.

* Kreml bildirib ki, Rusiya ABŞ Prezidenti Co Baydenin məsələləri həll etmək üçün dialoq aparmağa hazır olduğuna dair açıqlamalarını müsbət qarşılayır.

* Bayden deyib ki, əgər Rusiya hücum etsə, “Ukraynanın insan itkisi böyük olacaq və Ruisyanın strateji bədəlləri ağır olacaq. Əgər Rusiya Ukraynaya hücum etsə, böyük beynəlxalq qınaqla qarşılaşacaq.”

* Qərb Rusiyanın qoşun və silahlarını Ukrayna sərhədindən geri çəkməsini tələb edir, Moskva isə NATO-nu şərqi və mərkəzi Avropadakı əməliyyatlarını azaltmağa çağırır. Rusiya həmçinin iddia edir ki, Qərbin müdafiə alyansı Ukraynanın NATO üzvlük müraciətini rədd etməlidir. Birləşmiş Ştatlar bu addımı “qəbuledilməz” adlandırır.