ABŞ Almaniyada Ukrayna ilə bağlı danışıqlara ev sahibliyi edir

ABŞ-ın müdafiə naziri Lloyd Ostin çərşənbə axşamı deyib ki, Birləşmiş Ştatların Ukraynaya təhlükəsizlik yardımını koordinasiya etmək üçün 40-dan çox ölkənin iştirakı ilə toplantı çağırarkən Rusiya prezidenti Vladimir Putinin "bütün dünyanın Ukraynanın arxasında bu qədər sürətli və əminliklə toplanacağını heç təsəvvür etməmişdi".

Almaniyadakı Ramşteyn hərbi hava bazasında danışıqları açarkən Ostin məqsədin həm Rusiyanın Ukraynaya ədalətsiz işğalına qarşı mübarizədə qalib gəlmək, həm də Ukraynanı sabahkı çağırışlar üçün hazır olmasına yardım etmək oldiğunu deyib.

Görüş Ostin və ABŞ dövlət katibi Antoni Blinkenin Kyivə səfərindən sonra baş tutub. Kyivdə onlar Ukraynaya daha çox hərbi yardım göstərəcəklərini və digər dövlətləri də öz töhfələrini vermək üçün bir araya gətiriləcəyini davam edəcəklərini vəd edib.

"Rusiyanın işğalına Rusiyanın vəhşiliklərində olduğu kimi bəraət qazandırmaq olmaz. Biz hamımız bu gün mənəvi aydınlıq mövqeyindən başlayırıq. Rusiya bir adamın ambisiyalarını həyata keçirmək üçün seçim müharibəsi aparır. Ukrayna isə öz demokratiyasını, suverenliyini və vətəndaşlarını müdafiə etmək üçün müharibə aparır" - deyə, Ostin bildirib.

BMT-nin Baş katib Antonio Quterreş və Rusiyanın xarici işlər naziri Sergey Lavrov

Rusiyanın xarici işlər naziri Sergey Lavrov münaqişənin III Dünya Müharibəsinə çevrilə biləcəyi təhlükəsi barədə xəbərdarlıq edərək, bazar ertəsi deyib ki, "əslində NATO Rusiya vasitəsilə müharibə aparır".

O, İnterfaks xəbər agentliyinə "təhlükə ciddidir, lakin realdır, onu qiymətləndirməmək olmaz" deyib.

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba daha sonra tvitter səhifəsində yazıb ki, Rusiya "Ukraynanı dəstəkləyən dünyanı qorxutmaq üçün son ümidini itirib".

"Bu, yalnız Moskvanın Ukraynada məğlubiyyətini hiss etməsi deməkdir. Buna görə də dünya Ukraynaya dəstəyini ikiqat artmalıdır ki, biz qalib gələk, Avropanın və qlobal təhlükəsizliyi təmin edək" , Kuleba bildirib.

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba

BMT-nin Baş katibi Antonio Quterreş çərşənbə axşamı Moskvada Lavrovla görüşü zamanı deyib ki, Rusiya və BMT Ukraynada baş verənləri fərqli şərh etsə də, iztirabları minimuma endirmək və müharibəni mümkün qədər tez bitirmək üçün hələ də ciddi danışıqlar aparmaq imkanı var.

Çərşənbə axşamı Putinlə də görüşən Quterreş ərzaq və enerji qiymətlərinin artması fonunda münaqişənin dünyanın ən həssas əhalisinə daha geniş təsirlərini müzakirə etmək istədiyini deyib.

Lavrov Quterreş və BMT-nin dialoq istəyini alqışlayıb, eyni zamanda Qərb hökumətlərini çoxtərəflilik prinsiplərini pozmaqda və bunun əvəzinə dünyaya birtərəfli yanaşmaqda ittiham edib.

Human Rights Watch təşkilatı Rusiyanı mühasirəyə alınan cənub Mariupol şəhərindəki mülki əhalinin şəhəri təhlükəsiz şəkildə tərk etmələrini təmin etməyə çağırıb və bildirib ki, Quterreş Rusiyadakı görüşlərində bu məsələyə üstünlük verməlidir.