Rusiya və Ukrayna bir-birini ukraynalı əsirlərin ölümünə səbəb olan hücumda ittiham edir

Olenivka, Donetsk bölgəsi, Ukrayna. 29 iyul, 2022.

Rusiya və Ukrayna bir-birilərini Ukraynanın şərqində həbsxanaya atəş açaraq onlarla ukraynalı müharibə əsirini, o cümlədən may ayında Mariupolun ələ keçirilməsindən sonra saxlanılan əsirləri öldürməkdə günahlandırıb.

Bu iddialardan heç birini müstəqil şəkildə yoxlamaq mümkün olmayıb.

Rusiya deyib ki, Ukrayna ordusu Moskvanın dəstəklədiyi Donetsk Xalq Respublikasının nəzarət etdiyi Olenivka yaşayış məntəqəsində həbsxanaya çoxlu raket buraxılış qurğularından hücum edib. Separatçı hakimiyyət və Rusiya rəsmiləri hücumda 53 ukraynalı hərbi əsirin öldüyü, 75-nin yaralandığını bildirib.

Ukrayna ordusu Olenivkaya raket və ya artilleriya zərbəsi endirdiyini inkar edib və yalnız Rusiyanın hərbi hədəflərini atəşə tutduğunu bildirir. Ordu rusları iddia olunduğuna görə ukraynalıların orada işgəncəyə məruz qalması və edam olunmasını ört-basdır etmək üçün həbsxananı atəş tutmaqda ittiham edib.

Ukrayna ordusu bildirib ki, rusların iddiaları “öz xain əməllərini ört-basdır etmək məqsədilə Ukrayna silahlı qüvvələrini mülki infrastruktura və əhaliyə hücum etməkdə günahlandırmaq üçün informasiya müharibəsinin” bir hissəsidir.

Rusiyanın Müdafiə Nazirliyinin sözçüsü hücumu ukraynalı əsgərləri təslim olmaqdan çəkindirmək məqsədi daşıyan“qanlı təxribat adlandırıb.”

Bu arada isə Britaniyanın Müdafiə Nazirliyi cüməgünü Twitter-də gündəlik brifinqində bildirib ki, Rusiya “əhəmiyyətli dəyişik” edərək, cəbhə xəttindəki əməliyyatlarının bir hissəsinə görə məsuliyyəti Rusiyanın özəl hərbi şirkəti olan Wagner Group-a həvalə edib.

Məlumatda deyilir ki, bu addım Rusiyanın bu şirkətlərlə Rusiya dövləti arasındakı əlaqələri inkar etməsini çətinləşdirir. Nazirliyin bildirdiyinə görə, bu tədbir ona görə görülüb ki, Rusiyanın böyük ehtimalla “böyük döyüş pidayaları çatışmazlığı” var.

“Rusiyanın hərbi şirləti Wagner Group mart ayından bəri Rusiya ordusu ilə koorniasiyalı bir şəkildə Ukraynanın şərqində fəal olub,” Britaniya nazirliyi bildirib. “Vaqnerə çox güman ki, normal ordu hissələrinə bənzər şəkildə cəbhə xəttinin müəyyən yerləri üçün məsuliyyət verilib.”

Ukrayna Prezidenti Volodimir Zelenski cümə axşamı gündəlik müraciətində “Dünyada heç kəs terrora Rusiya qədər sərmaye qoymur” deyib.

O bildirib ki, “Buna qlobal səviyyədə hüquqi cavab verilməlidir. Ələlxüsus da Birləşmiş Ştatlarda bu cür reaksiyanın olmaması üçün heç bir məntiqli səbəb yoxdur.”

Zelenski “ABŞ Dövlət Departamentini Rusiyanı terroru dəsətkləyən dövlət olaraq tanımağa çağıran qətnaməni yekdilliklə təsdiq edən” ABŞ senatorlarına təşəkkür edib. Bununla Rusiya Kuba, Şimali Koreya, İran və Suriyanın olduğu siyahıya daxil ola bilər.

Rusiya cümə axşamı son həftələrdə ilk dəfə olaraq Ukraynanın paytaxtı Kyiv və şimalda Çernihiv bölgəsinə raket zərbələri endirib. Ukrayna bunun Moskvanın işğalına davamlı müqavimətinə görə qisas olduğunu iddia edir.

Rusiya Kyiv bölgəsinə Qara Dənizdən atılan altı raketlə hücum edib. Nəticədə 5 mülki vətəndaş olmaqla 15 nəfər yaralanıb. Bu barədə Ukraynanın bölgə qubernatoru məlumat verib. Ukrayna raketlərdən birini vurduğunu, amma Moskva qüvvələrinin paytaxt yaxınlığında Liutij kəndinə hərbi obyekti vurduqlarını vuraraq, bir binanı dağıtdığını, ikisinə isə xəsarət yetirdiyini bildirib.

Kyiv bölgəsinin qubernatoru Oleksiy Kuleba hücumları Zelenskinin ötən il elan etdiyi və Ukraynada ilk dəfə cümə axşamı qeyd olunan Dövlətçilik günü ilə əlaqələndirib.

Kyiv regional Governor Oleksiy Kuleba linked the attacks to the Day of Statehood commemoration that Zelenskyy instituted last year, and that Ukraine marked on Thursday for the first time.

Çernihiv bölgəsinin qubernatoru Vyaçeslav Çaus bildirib ki, Rusiya həmçinin Honçarivska kəndinə qonşu Belarusdan raketlər atıb. Çernihiv həftələrdir hədəfə alınmırdı.

Rusiya Kyiv və Çernihiv ərazilərindən bir neçə ay öncə bölgələri ələ keçirmək və Zelenski hökumətini devirmək cəhdləri uğursuz olandan sonra geri çəkilib.