Cümə axşamı səhər Rusiyanın Ukraynanın cənub-şərqindəki Dnipro şəhərinə raket hücumu nəticəsində azı 7 nəfər yaralanıb.
Regionun qubernatoru Serhiy Lısak Telegram kanalında bildirib ki, yaralılardan altısı xəstəxanaya yerləşdirilib.
Lısak Ukraynanın Hava Hücumundan Müdafiə Qüvvələrinin Rusiyanın bir raketini vurduğunu, lakin digərlərinin zərbələri bir nəqliyyat obyektini məhv etdiyini, bank, mehmanxana və iki yaşayış binası da daxil olmaqla, onlarla digər binaya zərər verdiyini deyib.
Rusiya Müdafiə Nazirliyi Hava Hücumundan Müdafiə Qüvvələrinin Rusiya ərazisi üzərində Ukraynanın üç pilotsuz təyyarəsini vurduğunu bildirib.
Nazirliyin bildirdiyinə görə, pilotsuz təyyarələrdən ikisi Ukrayna ilə həmsərhəd Bryansk vilayətində, üçüncü pilotsuz təyyarə isə Moskvanın cənub-qərbində yerləşən Kaluqa vilayətində məhv edilib.
Ukrayna son bir həftə ərzində Rusiya ərazisini hədəf alaraq, pilotsuz təyyarələrlə hər gün hücumlar həyata keçirib. Rusiya təyyarələri vurduğunu və ya onları elektron tıxanma yolu ilə endirdiyini deyib. Bəzi hallarda vurulan təyyarələrin parçaları Moskvada binaya da olmaqla, yerə ziyan vurub.
Rusiya Ukraynanı işğal edərkən əsasən İran istehsalı olan pilotsuz təyyarələrdən, eyni zamanda Ukraynanın şəhərlərinə hava hücumlarında raketlərdən istifadə edib.