Rusiyanın baş kəşfiyyat idarəsində təhqiqat aparılacaq

Rusiyanın baş kəşfiyyat idarəsində təhqiqat aparılacaq

Rusiya prezidenti Dmitri Medvedev yüksək vəzifəli rus kəşfiyyatçısının Birləşmiş Ştatlarda Rusiya casuslarının aşkar edilməsinə kömək etməsi haqda məlumatlardan sonra ölkənin baş kəşfiyyat idarəsində təhqiqat aparılacağını deyib. Kommersant qəzetinə əsasən, Rusiyanın xarici kəşfiyyat xidməti şöbəsinin rəhbəri, polkovnik Şerbakov Rusiya casuslarının şəxsiyyətini açıqladıqdan sonra Birləşmiş Ştatlar tərəfə keçib. Cənab Medvedev agentlik daxilində təhqiqatdan danışıb və deyib ki, bu hadisədən nəticələr çıxarılmalıdır. Rusiya prezidentinin sözlərinə görə, Kommersant qəzetindəki məlumat onu təəccübləndirməyib və o bu xəbəri hadisənin baş verdiyi gün bilib.