Rusiya Kim Conq Una bombardmançılar və döyüş təyyarələrini nümayiş etdirib

Şimali Koreya lideri Kim Conq Un şənbə günü Rusiyanın Sakit Okean donanmasında Rusiyanın nüvə gücünə malik strateji bombardmançıları və başqa döyüş təyyarələrinə baxış keçirib.

Rusiyanın müdafiə naziri Sergey Şoyqu və başqa aparıcı hərbi liderlər Şimali Koreya lideri Rusiyanın uzaq şərqindəki Artyom şəhərinə gedəndən sonra onu, bombardmançıları və döyüş təyyarələri ilə tanış ediblər.

Rusların Kimə göstərdikləri arasında Rusiyanın Urkaynaya hərbi müdaxiləsində istifadə etdiyi silahlardır.

Bunun ardınca şənbə günü Kim və Şoyqu daha çox inventarı, o cümlədən silahla dolu freqatı yoxlamaq üçün Vladivostoka səfər edib.

Kim Rusiyaya səfəri çərçivəsində Prezident Vladimir Putinlə dörd saatdan çox danışıqlar aparıb və bu səfər iki ölkənin bir-birindən istədikləri və aralarında əldə edə biləcəkləri razılıqlarla bağlı narahatlıqlara səbəb olub.