Saxalin körfəzində buzda ilişib qalmış gəmilərin xilasetmə əməliyyatı davam edir

Saxalin körfəzində buzda ilişib qalmış gəmilərin xilasetmə əməliyyatı davam edir

Rusiya Oxotsk dənizində buzlaqlarda keçən həftədən ilişib qalmış gəmiləri xilas etmək üçün oraya əlavə buzqıran gəmi göndərib. Rusiyanın RİA xəbər agentliyinin verdiyi məlumata görə, buzqıran gəmi Uzaq Şərqdə Saxalin körfəzinə yetişib. Arktikada pis hava şəraiti xilasetmə işlərini çətinləşdirir. 400 nəfər ekipaj üzvü olan üç gəmi dekabrın 31-dən iki metr qalınlığında buzda ilişib qalıb.