Rusiyada yeni qanun - Nalayiq sözlərə qadağa [Video]

Your browser doesn’t support HTML5

Bu ilin iyul ayında Rusiyada yeni qanun qüvvəyə minib. Həmin qanuna əsasən kütləvi informasiya vasitələrində, filmlərdə, musiqidə və teatrda biədəb sözlərə qadağa qoyulur. Sovet dövründən bəri qəbul edilən ən sərt qanunun rus dilinin və mədəniyyətinin qorunub saxlanmasına xidmət etdiyi deyilir. Lakin sənət adamlarının çoxu qanunun mühafizəkar və senzura mahiyyətli olduğunu deyərək, ona zidd çıxır.

Rus teatrı Sovet erasının sərt propaqanda buxovlarından azad olduqdan sonra plüralist sosial ifadə və yaradıcılıq məbəyinə çevrilmişdi. Bu yaxınlarda qüvvəyə minən qanuna əsasən tamaşalarda nalayiq sözlər işlədən teatrlar 1400 dollar məbləğində cərimə ediləcək.

Bu qanunu dəstəkləyənlərdən biri də Moskva Dövlət Universitetinin tarix üzrə professoru Anna Kuzminadır. O, belə bir qanunun ifaçılıq mədəniyyətinin təbliğinə yadım edəcəyini deyir. “Bu, mənim şəxsi fikrimdir və mən bu qanunu dəstəkləyirəm. Biədəb sözlər normaya çevrilib, hətta müəyyən bir cazibədarlıq da əmələ gəlib. Bəzən emosional vəziyyətdə insanlarda söz qıtlığı əmələ gəlir və onlar bir neçə hərflik nalayiq sözlərdən istifadə edir.”

Bu qanun eləcə də, ictimaiyyətə nümaiş etdirilən filmlərdə, musiqi və kitablarda biədəb sözlərin işlənməsinə qadağa qoyur. Bəzi sənət adamları isə bəzən nalayiq sözlərin daha çox tamaşaçı cəlb etdiyini deyir və bu növ senzura və cəriməyə qarşı çıxır.

Müstəqil Teatr-Dok-un başçısı Yelena Qryomina Dumada qəbul edilən bu qərara qarşı olduğunu deyir. “Bizim Dumanın belə bir ləqəbi var, “dəli printer”. Orada qəbul edilən hər qanun əvvəlkindən daha səfehdir. Onlar mənasız, absurd qanunlarıd r və onların mənasını heç kəs başa düşmür.”

Rusiyanın ədəbiyyat tarixində Aleksandr Puşkin kimi dahiləri yaradığılığında nalayiq sözlərdən çox istifadə edib.

Qanun qüvvəyə minməzdən əvvəl dramaturq Yevgeniy Kazaçkov “Əlvida dörd hərif” adlı komediyasını tamaşaya qoydu. Lakin o, belə qadağanın ciddi fəsadlar verəcəyini deyir. “Belə bir şübhə də var ki, qanundan universal cəza və nəzarət aləti kimi yox, müəyyən adamları hədəf almaq üçün istifadə olunacaq.”

Qanun eləcə də, Rusiya gənclərini liberal Qərb sivilizasiyasından uzaqlaşdıraraq, milli ruhda tərbiyə etmək mahiyyəti daşıyır.

Keçən il də Duma “homoseksual təbliğatı” və rus dilində danışarkən ingilis sözləri işlənməsinə qadağa qoyan qanunlar qəbul etdi.

“Nikitski” teatrının direktoru Mark Rozovski deyir ki, Rusiya qanunvericiləri ölkədəki əsas məsələləri həll edə bilmədiklərindən ictimaiyyətin başını belə qanunlarla qatırlar. “Qadağa yolu ilə heç nə həll edilə bilməz. Onlar yalnız əks nəticə verir. Bu bir vaxtlar araq içməyin qarşısını almaaq cəhdlərinə bənzəyir. İndi də biədəb sözlərin qarşısını almağa çalışırlar.”

Rusiya hökuməti internetdə də nalayiq ifadələrin qarşısının alınması yolunda işlər aparmağı planlaşdırır. Bunun üçün rəsmilə “söyüşbot” adlı proqramın təqdimatını planlaşdırırlar ki, bu da interneti biədəb ifadələrdən təmizləməyə yönələcək.