Anton Siluanov Rusiyanın Maliyyə naziri təyin edilb

  • Amerikanın səsi

Rusiyanın istefa vermiş maliyə naziri Aleksey Kudrin

Rusiyanın Maliyyə nazirinin müavini Anton Siluanov ölkə prezidenti ilə fikir ayılıqlarına görə istefa vermiş Aleksey Kudrinin yerinə maliyyə naziri təyin edilib. İstefasından sonra bu gün açıqlama verən Aleksey Kudrin Rusiyanın dövlət büdcəsinin risk qarşısında olduğunu deyib. O habelə deyib ki, Baş nazir Putin onun fevral ayında istefa haqda xahişini rədd edib. Baş nazir Vladimir Putin bu gün Siluanovun maliyyə nazirinin səlahiyyətlərini icra edəcəyini bildirib. Cənab Putin deyib ki, Baş nazirin müavini İqor Şuvalovun səlahiyyətləri iqtisadi sahə də daxil olmaqla genişləndirilə bilər. Standard and Poor's reytinq agentliyi Kudrinin istefasının Rusiyanın kredit reytinqlərinə təsir göstərməyəcəyini bildirib. Kudrin prezident Dmitri Medvedev ölkənin yeni baş naziri olsa, onu dəstəkləməyəcəyini deməsindən sonra istefa vermişdi. O, 2000-ci ildən Rusiyanın maliyyə naziri idi.