Rusiya ABŞ-ın Polşada raket yerləşdirməsilə bağlı izahat istəyib

Xarici işlər naziri Sergey Lavrov deyib ki, Rusiya onun sərhəddi yaxınlığında hərbi installasiya və infrastrukturun yerləşdirilməsinə ehtiyacın nə ilə izah olunduğunu bilmək istəyir

Rusiya xarici işlər naziri Sergey Lavrov Birləşmiş Ştatlar və Polşadan ABŞ-ın bu ölkədə raketlər yerləşdirməsilə bağlı detallı izahat istəyib.

Polşa dünən ABŞ-ın yer-hava tipli ilk raket batareyasının Kalininqraddan 60 kilometr məsafədə yerləşən Moraq bazasında yerləşdirildiyini açıqlayıb.

Cənab Lavrov deyib ki, Rusiya onun sərhəddi yaxınlığında hərbi installasiya və infrastrukturun yerləşdirilməsinə ehtiyacın nə ilə izah edilməsini bilmək istəyir.

Polşa bunu ölkənin milli təhlükəsinin gücləndirilməsində mühüm bir addım kimi qiymətləndirir. Lakin Rusiya bunu regionda etibarv və ikitərəfli münasibətlərə zərər vuracağını bəyan edir.