Rusiya qəzaya uğramış Polşa təyyarəsinin pilotları və dispetçer məntəqəsi arasında danışıqların yazısını açıqlayıb

Rusiya qəzaya uğramış Polşa təyyarəsinin pilotları və dispetçer məntəqəsi arasında danışıqların yazısını açıqlayıb

Rusiya keçən il Polşa prezidenti Lex Kaçinski də daxil olmaqla, yüksək səviyyəli Polşa rəsmilərinin həlak olduğu təyyarə qəzasından öncə pilotlarla dispetçer məntəqəsi arasında danışqların yazısnı açıqlayıb. Bruada dispetçer məntəqəsindən pilotlara dəfələrlə enməmək və görüntü dərəcəsinin 400 metrdən artıq olmadığı haqda xəbərdarlıq edildiyi qeyd edilib. Polşa hökuməti dispetçer məntəqəsinin operatrolarının cənab Kaçinskinin təyyarəsini düzgün istiqamətləndirmədiyini bildirmişdi. Hökumətin bildirdiyinə görə, danışıqlar göstərir ki, təyyarə istiqamətindən 80 km. yayındığı və düzgün yüksəklikdə olmadığı halda, operatorlar pilota onun düzgün istiqamətdə olduğunu deyib. Rusiya dispetçer məntəqəsinin səhvə yol vermədiyini və Polşa rəsmilərinin təyyarəni endirmək üçün pilota təzyiq göstərdiyini bildirir.