Rusiya Parlamenti prezident Vladimir Putinə qarşı etiraz aksiyalarında iştirak etmiş deputatı parlamentdən xaric edib. Deputat parlament üzvü olduğu müddətdə bizneslə məşğul olmamaq barədə qanunu pozmaqda ittiham olunur.
Gennadi Qudkovun bildirdiyinə görə, o, parlamentdən 291-150-yə səslə siyasi təzyiqlər nəticəsində kənarlaşdırılıb. Səsvermə zamanı 3 deputatın bitərəf qaldığı deyilir.
Bununla da Qudkovun siyasi toxunulmazlığı ləğv olunur. Bu, isə o deməkdir ki, deputat ittiham olunduğu əmələ görə mühakimə oluna bilər.
Qudkovun istefasına etiraz edən deputatlar bu addımın prezidentə qarşı çıxan deputatlarla bağlı təhlükəli presedent yaratdığını deyirlər.
Qudkovun parlamentdən xaric olunması Moskvada planlaşdırılan iri anti-Putin nümayişindən bir gün əvvələ təsadüf edir.