Aleksey Navalniya qarşı yeni cinayət işi açılıb

Rusiya rəsmilri tanınmış müxalifət üzvü və Kremlin kəskin tənqidiçisi olan Aleksey Navalnıya qarşı üçüncü cinayət işi açıblar.

Dövlət təhqiqat komitəsinin bildirdiyinə görə Navalnı liberal siyasi partiyadan 3,4 milyon dollar məbləğində maliyyə mənimsəməkdə şübhəli bilinir.

Yeni ittihamlar bir həftə əvvəl Navalnı və onun qardaşına qarşı poçt xidməti şirkətindən 1,8 milyon dollar məbləğində maliyyə mənimsəməkdə ittiham edildikdən bir həftə sonra irəli sürülür.

36 yaşlı hüquqşünas və mitinqlərin təşkilatçısı olan Aleksey Navalnı habelə dövlətə məxsus şirkətdən maliyyə oğurluğu ittihamları əsasında 10 il müddətinə həbs cəzası ilə qarşılaşa bilər.

Navalnı bu ittihamları rədd edib və onların müxalifət üzvü kimi fəaliyyətini dayandırmasına cəhd olan siyasi motivlərlə əlaqədar olduğunu bildirir.