Rusiya Suriyada 21 ay davam edən münaqişənin həlli üçün səyləri intesivləşdirdiyi zaman Dəməşqi müxalifətlə danışıqları davam etdirməyə çağırıb.
Xarici işlər naziri Sergey Lavrov bu gün deyib ki, o, bu həftənin əvvəlində yüksək rütbəli Suriya rəsmiləri ilə görüşdə onları bütün sahələri əhatə edən danışıqlarda iştirak etməyə açıq olduqlarını nümayiş etdirməyə çağırıb.
Kreml Suriya prezidenti Bəşar əl-Əsədin sadiq müdafiəçisi olub. Lakin ötən həftələrdə Rusiya təxminən 45,000 nəfərin ölümünə səbəb olan münaqişədə Suriya hökumətinin mövqeyindən narahat görünməyə başlayıb.
Bu gün səhər xarici işlər nazirinin müavini Mixayil Boqdanov RİA Novosti xəbər agentliyinə bildirib ki, Moskva bir çoxları tərəfindən legitim Suriya hökuməti kimi tanınan və sürgündə olan əsas müxalifət qrupu olan Suriya Milli Şurası ilə danışıqlar aparmaq üçün dəvətnamə göndərib.