Rusiyanın Dövlət Duması “Maqnitski qanunu”na cavab hesab edilən qanun layihəsini təsdiq edib

Rusiya parlamentinin aşağı palatası-Dövlət Duması ikinci oxunuşda “Maqnitski qanunu”na cavab hesab edilən qanun layihəsini təsdiq edib. Rusiyalı uşaqların ABŞ vətəndaşları tərəfindən övladlığa götürülməsini yasaqlayan sənəd 400 lehinə, 4 əleyhinə və 2 bitərəf səslə qəbul edilib.

Qanun layihəsi əsasən ABŞ olmaqla, xaricdən maliyyələşdirilən xarici ticarət şirkətlərinin Rusiyada fəaliyyətini qadağan edir. Bundan əlavə Amerika vətəndalığına malik olan rus vətəndaşları siyasi GHT-lərə rəhbərlik edə bilməyəcək.

Prezidentin imzasından sonra qanun 2013-cü ilin yanvar ayının 1-dən qüvvəyə minəcək.

“Dima Yakovlev” adlanan bu sənəd ABŞ-ın insan hüquqlarını pozan Rusiya vətəndaşlarına qarşı iqtisadi və viza sanksiyalarını nəzərdə tutan “Maqnitski qanunu”ndan sonra təqdiq edilib.

Lakin Rusiyanın xarici işlər naziri Sergey Lavrov uşaqlarla bağlı düzəlişin düzgün olmadığını deyir.

Qərara etiraz olaraq Dumanın binası qarşısında aksiya keçirilib. Polis aksiyanı dağıdıb, 30-dan artıq adam nəzarət altına alınıb.