TU-154 təyyarəsinin qəzaya uğraması nəticəsində iki nəfər ölüb, 83 adam yaralanıb

  • Amerikanın səsi

TU-154 təyyarəsinin qəzaya uğraması nəticəsində iki nəfər ölüb, 83 adam yaralanıb

Moskva yaxınlığında sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində iki adam ölüb, 83 adam xəsarət alıb. Rəsmilər Dağıstan hava yollarına məxsus TU-154 təyyarəsinin 176 sərnişinlə Moskvadan havaya qalxdığını bildiriblər. Lakin təyyarə sonradan məcburi yerə enərək, sürüşüb və ikiyə parçalanıb. Rəsmilər bildirir ki, 1970-ci illərdən qalma təyyarənin pilotu mühərriklərdən üçünün sıradan çıxdığı haqda xəbər verib. TU-154 təyyarəsi çox səs etdiyinə görə onun Avropanın bəzi hissələrində istifadəsinə icazə verilmir.