Rusiya prezidenti İranı beynəlxalq ictimayətlə tam şəkildə əməkdaşlıq etməyə çağırır

Cənab Medvedev bildirib ki, Rusiya İranın nüvə proqramını inkişaf etdirməsinə biganə deyil

Rusiya prezidenti Dmitri Medvedev İranı özünün nüvə proqramını izah etməyə və beynəlxalq ictimayətlə tam şəkildə əməkdaşlıq etməyə çağırır. Cənab Medvedev bu gün bildirib ki, iki dövlət arasında fəal ticari əlaqələr olmasına baxmayaraq Rusiya İranın nüvə proqramını inkişaf etdirməsinə biganə deyil. Rusiya ümumiyyətlə İranın diplomatik və iqtisadi müttəfiqidir, və Tehrana özünün nüvə enerji zavodunu Buşehrdə tikməyə kömək edir. Lakin Moskva son həftələrdə İranın başqa nüvə fəaliyyətlərinə qarşı öz mövqeyini sərtləşdirib. Bazar ertəsi cənab Medvedev deyib ki, İran nüvə silahı inşa etmək üçün potensial əldə etməyə yaxınlaşır. Rusiya ötən həftə BMT-nin dördüncü raund sanksiyasını təsdiqləyən başqa dövlətlərə qoşulub. BMT-nin dördüncü raund sanksiyası uran inkişaf etdirmək proqramının dayandırılmasına rədd cavabı verəndən sonra İrana qarşı tətbiq edilmişdir. Qərb qüdrətləri İranı mülki nüvə proqram pərdəsi altında nüvə silahı istehsal etmək üçün yardım axtarmaqda təqsirləndirirlər. Bu ittiham dəfələrlə İran hakimiyyəti tərəfindən inkar edilib.