Almaniya Hərbi Hava Qüvvələrinin çərşənbə günü verdiyi məlumata görə, Rusiyanın üç hərbi kəşfiyyat təyyarəsi Baltik dənizi üzərindəki beynəlxalq hava məkanında xəbərdarlıq alıb.
Alman rəsmiləri transponderləri olmadan uçan təyyarələrin Almaniya və Britaniya təyyarələri tərəfindən izlənildiyi bildirib.
Çərşənbə axşamı Norveç Hava Qüvvələri Barents dənizi üzərində uçan Rusiyanın bir neçə hərbi təyyarəsini müəyyən etdiyini bildirib. Norveç Hərbi Hava Qüvvələri təyyarələrdən ikisinin bombardmançı, ikisinin yanacaq dolduran və üçünün isə döyüş təyyarəsi olduğunu müəyyən edib.
Britaniya Müdafiə Nazirliyinin Ukraynadakı vəziyyətlə bağlı çərşənbə günü məlumatında bildirdiyinə görə, Baxmutun qərb rayonlarında ağır döyüşlər davam edir.
Nazirlik Twitter səhifəsində bildirib ki, Baxmuta digər tədarük variantları çətinləşdiyi üçün Ukrayna mühüm təchizat marşrutuna nəzarəti saxlamağa çalışıb.
Ukrayna rəsmiləri çərşənbə axşamı Rusiyaya məxsus raketin Kupiyasnk şəhərindəki bir muzeyə düşməsi nəticəsində azı 2 nəfərin öldüyünü, 10 nəfərin yaralandığını bildirib.
Ukrayna prezidenti Volodimir Zelenski deyib ki, Rusiya Ukraynanın tarixini, mədəniyyətini və xalqını məhv etmək üçün əlindən gələni edir.
Kupyansk hücumundan sonra Zelenski "Bu, ukraynalıları barbar üsullarla öldürməkdir. Bizim bunu bir saniyə belə unutmağa haqqımız yoxdur. Biz buna cavab verməliyik və verəcəyik" deyib.
Zelenski deyib ki, müharibə cinayətləri törədənlər "mütləq ədalət qarşısında cavab verəcəklər və bu, amansız olacaq".
Baş Qərargahın hesabatında deyilir ki, keçən gün Rusiya qüvvələri Ukrayna ordusunun mövqelərinə və mülki obyektlərinə 62 hava və 6 raket zərbəsi endirib. Məlumatda həmçinin bildirilib ki, ukraynalı müdafiəçilər Rusiyanın Baxmut və Maryinkaya 43 hücumunu dəf edib.