Rusiyanın təyyarədaşıyan gəmisində yanğın baş verib

Murmanskda təmir edilən yeganə rus təyyarədaşıyan kreyseri olan "Admiral Kuznetsov" da güclü yanğın baş verib.

TASS xəbər agentliyinin verdiyi məlumata görə, yanğın zamanı altı nəfər yaralanıb, 1 nəfərin taleyi məlum deyil. Fövqəladə hallar xidmətindəki mənbələr yanğının 600 kvadrat metrə yayıldığını bildirib. Gəmidəki dizel yanacağı yanır.

Birləşmiş Gəmiqayırma Korporasiyasının gəminin təmiri rəhbəri Aleksey Raxmanovun "İnterfaks"-a verdiyi məlumata görə, yanğın qaynaq zamanı baş verib.

1987-ci ildə istifadəyə verilən "Admiral Kuznetsov" Suriyadakı hərbi əməliyyat zamanı zədələnib və 2017-ci ildə təmirə göndərilib. 2018-ci ilin payızında kreyserin çıxdığı bərə batıb və gəminin göyərtəsinə qadırıcı kran düşüb.

"Admiral Kuznetsov"-un təmirinin 2022-ci ildə başa çatdırılmasınəzərdə tutulmuşdu.