"Qolos" assosiasiyasının lideri Şeremetyevo hava limanında saxlanıb

  • Amerikanın səsi

"Qolos" assosiasiyasının lideri Şeremetyevo hava limanında saxlanıb

Liliya Şibanova şəxsi kompyuterini təhlükəsizlik işçilərinə verdikdən sonra azad edilib

Rusiyada seçkiləri müşahidə edən yeganə müstəqil qrupun lideri bazar günü parlament seçkilərindən öncə Moskva hava limanında saxlanıb. Bu haqda məlumatı “Qolos” assosiasiyasının üzvləri bildiriblər.

Gömrük rəsmilərinin bildirdiyinə görə, “Qolos”un lideri Liliya Şibanova Şeremetyevo hava limanında yoxlama zamanı noutbuk kompyuterini təhlükəsizlik işçilərinə vermədiyinə görə saxlanıb. Onlar kompyuterin lisenziyalaşdırılmamış proqram daşıyıb-daşımadağını müəyyən etmək üçün yoxlanmalı olduğunu deyiblər. Şibanova kompyuteri təhlükəsizik işçilərinə verdikdən sonra buxarılıb.

“Qolos”un lideri cümə günü Moskva məhkəməsinin qrupu seçki haqda qanunun pozulması ilə əlaqədar 1000 dollar cərimə etməsindən sonra saxlanıb."Qolos" elektron poçt, tekst mesajlar və telefon vasitəsilə seçki pozuntularına dair 5 mindən çox şikayətin daxil olduğunu bildirir.

Qrupun ictimai əlaqələr üzrə meneceri Dmitri Merejko Amerikanın səsinə deyib ki, məhkəmənin qərarı onların bazar günü seçkiləri monitorinq etməsinin qarşısını almayacaq.