Oktyabrın 31-i 224 nəfərin ölümü ilə nəticələnən Rusiya təyyarəsinin qəzaya uğramasının səbəbləri araşdırılmaqda davam etdiyi bir vaxt, bu gün də Rusiya və Britaniya turistlərini kurort şəhəri Şərm Əl-Şeyxdən çıxarır.
Bu gün Şərm Əl-Şeyxin beynəlxalq hava limanından Moskva və Britaniya aeroportlarına onlarla təyyarə uçub.
Britaniyanın Qahirədəki səfirliyi məsələyə ehtiyatla yanaşaraq, vətəndaşlarının kurort şəhərindən çıxarılmasının evakuasiya deyil, istirahətlərini başa vuraraq, evlərinə döndüklərini deyir. Rusiya Metrojet-nin qəzaya uğramasına səbəbin partlayıcı qurğu olduğu deyilməsindən sonra Daxili İşlər Nazirliyi Qırmızı dənizdən gələnlərə hava nəqliyyatından istifadəni məsləhət görmür.
Britaniyanın xarici işlər naziri Filip Hammond bildirib ki, bazar gününun sonunadək 5 min Britaniya vətəndaşı Qırmızı dəniz sahillərini tərk edib.
Rusiya prezidenti Vladimir Putin keçən həftə hökumətinə rusiyalı turistlərin geri qayıtmaları üçün şərait yaradılması barədə göstəriş vermişdi. Ölkənin baş nazir müavini Arkadiy Dvorkoviç keçən həftənin şənbə günü bildirib ki, Misirə gözlənildiyindən daha çox, 80 mindən çox rusiyalı səfər edib. Bazar günü Rusiya rəsmiləri 11 minə qədər vətəndaşlarının artıq geri döndüyünü bildirib.