ABŞ müdafiə naziri avropalı həmkarları ilə görüşür

ABŞ müdafiə naziri Eşton Karterv nə Soyuq Müharibə dövrünə qayıtmağa, nə də Rusiya ilə yeni münaqişəyə başlamağa istək olduğunu bildirib. Cənab Karter eyni zamanda Rusiyaya qarşı iqtisadi sanksiyaların Rusiyanın Ukraynaya təcavüzünün qarşısını almağa yardım etdiyini deyib.

O, Berlində Almaniya müdafiə naziri Ursula Von Der Leyen ilə görüşdüyü forumda danışıb. Onların hər ikisi bu gün Norveç və Hollandiyadan həmkarları ilə görüşmək üçün Almaniyanın Münster şəhərinə səfər edir.

Cənab Karter deyib ki, Qərb Rusiya ilə düşmən olmaq istəməsə də, ehtiyac olduğu təqdirdə özünü müdafiə edəcək.

Cənab Eşton Estoniya, Latviya və Litvanın müdafiə nazirləri ilə görüşmək üçün sabah Estoniyaya səfər edəcək.

Danışıqlar çərşənbə günü və cümə axşamı Brüsseldə keçiriləcək NATO görüşündən əvvələ təsadüf edir.

NATO görüşündə Ukraynanın Krım yarımadasının ilhaqından sonra ukraynalı separatçılara hərbi dəstək verən Rusiyaya dair planlar müzakirə ediləcək.