Rusiya Krım körpüsünü hədəf alan dəniz dronlarını məhv etdiyini iddia edir

Rusiya şənbə günü Rusiya ilə Krım yarımadasını birləşdirən körpüyə dəniz dronu ilə hücumun qarşısın aldığını bildirib.

Rusiya Müdafiə Nazirliyi Telegram-a yerləşdirdiyi mesajlarda bildirib ki, biri cümə, ikisi isə şənbə günü olmaqla, “Kyiv rejimi tərəfindən Krım körpüsündə terror hücumu həyata keçirmək üçün göndərilən” üç ekipajsız yarımdalma qayıq Qara Dənizdə məhv edilib.

Körpü Rusiya 2014-ci ildə Krımız qanunsuz olaraq ilhaq edəndən sonra inşa edilib. Tikintisi 2018-ci ildə başa çatan körpü Rusiyanın Ukraynaya hərbi müdaxiləsi boyunca hədəf alınıb. Məsələn iyul ayında körpüyə böyük ziyan dəyib, nəticədə iki nəfər ölüb.

Ukrayna iyuldakı hücumun məsuliyyəti üzərinə götürsə də, Rusiyanın başqa bir hücuçun qarşsını aldığına dair iddiası ilə bağlı şərh verməyib.

Ukraynanın korrupssiya ilə mübarizə səyləri

Ağ Evin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan cümə günü Ukraynanın anti-korrupsiya qurumlarının başçıları ilə görüşərk, Kyivin rüşvəyə qarşı mübarizədə vəmühüm hökumət qurumlarının avtonomiyasının qorunmasında əldə etdiyi irəliləyişləri müzakirə edib.

Sallivan istənilən demokratik cəmiyyət üçün müstəqil, qərəzsiz hüquq-mühafizə və məhkəmə institutlarının əhəmiyyətini vurğulayıb. O, həmçinin Vaşinqtonun Ukraynada anti-korrupsiya islahatlarına və “Ukraynanın Rusiya təcavüzünə qarşı öz demokratiyasını cəsarətlə müdafiəsinə” davamlı dəstəyini təkrarlayıb.

Bu arada isə Ukrayna Prezidenti Volodimir Zelenskinin bu ay Nyu Yorkda BMT Təhlükəsizlik Şurasının Ukrayna ilə bağlı iclasında iştirak edəcəyi gözlənilir. Bu barədə Albaniyanın BMT-dəki səfiri Ferit Hoksha cümə günü müxbirlərə bildirib.

Albaniya 15 üzvlük şuranın sentyabr ayı üçün prezidentidir. Dünya liderləri sentyabrın 18-də Nyu Yorkda toplaşmağa başlayacaq. Təhlükəsizlik Şurasının Ukrayna ilə bağlı iclası sentyabrın 20-də keçiriləcək.

Zelenski gündəlik müraciətində deyib ki, o, cümə günü emosional olub, çünki həmin günü yeni tədris ili başlayıb.