Rusiya ilə Azərbaycan arasında müttəfiqlik haqqında saziş - Bakı sakinləri nə düşünür?

Rusiya Prezidenti Vladimir Putin və Azərbaycan Prezidenti İlham Əliyev

Fevralın 22-də Rusiya Prezidenti Vladimir Putin və Azərbaycan Prezidenti İlham Əliyev arasında danışıqlar keçirilib. Danışıqların yekunu olaraq "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında" Bəyannamə imzalanıb.

Bu barədə RusiyanınTaSS agentliyi məlumat verib.

Məlumatda deyilir ki, Rusiya liderinin daha əvvəl qeyd etdiyi kimi, sənəd “ikitərəfli münasibətlərimizdə əlamətdar hadisəyə - diplomatik münasibətlərin qurulmasının 30 illiyinə” həsr olunub.

Putin bəyannamənin imzalanmasını Rusiya-Azərbaycan münasibətlərinin inkişafında yeni mərhələ adlandırıb.

Əliyev vurğulayıb ki, “bəyannamə kifayət qədər genişdir, o, 40-dan çox bənddən ibarətdir,

“ O, qarşılıqlı fəaliyyətimizin ən mühüm sahələrini əhatə edir və ikitərəfli münasibətlərimizin gələcəyi üçün böyük əhəmiyyət kəsb edəcək” İlham Əliyev bildirib.

Azərbaycan Prezidenti onu da qeyd edib ki, sənəd iki ölkə, onların qarşılıqlı fəaliyyəti, eləcə də regional təhlükəsizlik üçün “mütləq çox müsbət məna daşıyacaq”.

Rusiya ilə Azərbaycan arasında diplomatik əlaqələr 1992-ci il aprelin 4-də qurulub. Rusiyanın Bakıdakı səfirliyi rəsmi olaraq 1992-ci il sentyabrın 25-də öz funksiyalarını yerinə yetirməyə başlayıb.

Rusiya ilə Azərbaycan arasında müttəfiqlik haqqında bəyannamə Bakı sakinləri arasında birmənalı qarşılanmayıb.

Amerikanın Səsinin müxbiri paytaxt Bakıda əhali arasında bu sazişlə bağlı sorğu keçirib. Sorğulardan bir neçəsini təqdim edirik.

Bakı sakini Arif Məmmədov: “Azərbaycanla Rusiya arasında müttəfiqlik sazişinə münasibətim pisdir. Ümumiyyətlə Rusiya bizə nə verib? Bu gün Azərbaycanın çətin vəziyyətdə olmasının səbəbi Rusiyadır.Mən bu sazişdən yaxşı heç bir şey gözləmirəm”.

Bakı sakini Namiq Əliyev: “Mən Rusiyanın yox daha çox Qərb (Avropa tərəfdarıyam.) Azərbaycanla Rusiya arasında müttəfiqlik sazişi Azərbaycan üçün gələcəkdə problemlər gətirəcək”.

Bakı Sakini Rauf Piriyev: “Bu sazişə münasibətim yaxşıdır. Müsbət qiymətləndirirəm. Qonşu dövlət kimi əlaqələrimiz daha da genişlənəcək.Ticarət, gediş-gəliş yüksələcək, inkişaf gözləyir. Böyük dövlətlərlə nə qədər münasibətdə olarsan bir o qədər inkişaf görərsən”.

Bakı sakini Gülnaz Cəfərova: “Azərbaycan xalqı öz seçimini edib, öz fikrini bildirib. Bütün səlahiyyətlərə də rəhbərlik baxır.Mənə elə gəlir ki, ən doğru xalq üçün nədirsə o qərar da qəbul olunacaq”.

Adının açıqlanmasını istəməyən Bakı sakini: “Mənə elə gəlir ki, gələcəkdə Azərbaycanın təhlükəsizliyi üçün mənə elə gəlir ki, hegemon dövlətlə müqavilə bağlaması təqdirə layiqdir. Bu da Şuşada Türkiyədə bağlanan bu müqavilə kimdiir. Xırda bir dövlətik. Bizə qarşı hər hansı bir təcavuz (təzyiq-red) olsa belə Rusiya ilə müqavilə bağlansa bizə dəstək ola bilər, bizi müdafiə edə bilər. Bütün Avropa ölkələri Rusiya ilə barışa bilmir. Məsələn Gürcüstan məsələsi nə qədər hürdülər ( bunu dəyişə bilərsiniz ) Rusiya öz işini gördü”.

Bakı sakini Faiq Cəfərov: “Bu Bəyannamə heç bir əhəmiyyətli yenilik gətirməyəcək iki tərəfli münasibətlərə, hazırkı faktiki vəziyyəti rəsmiləşdirəcək. Yəni Azərbayca Rusiya ilə nə hərbi-siyasi, nə də iqtisadi ittifaqa getməyəcək. Ola bilər ki, Bakı öhdəlik götürəcək ki, öz ərazisindən Rusiyaya qarşı düşmənçilik hərəkətlərinə yol verməyəcək. Amma Azərbaycan zatən qoşulmama hərəkatının üzvü olaraq neytrallığını bəyan edir. Bu nə dərəcədə alınacaq – zaman göstərəcək. Rusiyaya indiki zamanda belə bir sənəd həm də onun beynəlxalq arenada tək olmamasinın göstərmək üçün də lazımdır”.