Krımın Rusiya tərəfindən ilhaqından sonra ABŞ-la Rusiya arasındakı münasibətlərdə soyuqluq yaşanır.
1945-ci il İkinci Dünya Müharibəsinin başa çatması ilə start götürən soyuq müharibə Sovet İttifaqının süqutundan sonra aradan qalxıb.
Corctaun Universitetinin professoru Çarls Kupçan soyuq müharibənin Qərb bloku, ABŞ-ın başçılığı ilə Şərq bloku və Sovet İttifaqı arasında yaşandığını deyir.
“Bu ideoloji bir yarış idi. Bu, kommunizmin kapitalizm əleyhinə, avtoritar sistemin demokratik system əleyhinə mübarizəsi idi. Bu, ənənəvi qeosiyasi bir düşmənçilik, hərbi sənaye və inkişaf etməkdə olan ölkələr üzərində dominantlıq mübarizəsi idi.”
Sovet İttifaqının dağılması ilə soyuq müharibə məfhumu mənasını itirməyə başladı. Lakin bu məfhum son zamanlar dillərdən düşmür.
ABŞ prezidenti Barak Obama Brüsseldəki çıxışı zamanı yeni bir soyuq müharibəyə başlandığı fikrini rədd edib. “Bu, soyuq müharibəyə giriş deyil. Sovet İttifaqından fərqli olaraq Rusiya nə dövlətlər birliyinə, nə də qlobal ideologiyaya malikdir.”
ABŞ dövlət başçısı Rusiyanı yaxın qonşularına zəifliyi ilə təhlükə yaradan bir regional güc adlandırıb.
Kupçan da Rusiyanın əvvəlki qüdrətinə malik olmadığı fikri ilə razıdır.
“Soyuq müharibə dövründə Rusiya milyonlarla əsgəri qüvvəyə malik idi. Dünyanın ən qüvvətli dəniz donanmasına, nüfuzu dairəsində olan ölkələrə malik idi. Bu gün vəziyyət başqadır. Rusiyanın silahlı qüvvələrində 750-800 min əsgəri var. Dəniz donanması qüvvələri əvvəlki ilə müqayisədə çox zəifdir. Soyuq müharibə dövrünə qayıdıldığını demək olmaz.”
Lakin Kolumbia Universitetinin professoru Emeritus Robert Leqvold fəqrli fikrə malikdir. “Mən soyuq müharibənin başlandığına inanıram. Bu, azlıqların görüşü deyil. Bir çoxları böyük, təhlükəli, mürəkkəb, 50 il əvvəl olduğu kimi nüvə təhlükəsinə malik olan bir durumun yaşandığını düşünür.”
Leqvoldun dediyinə görə, Sovet İttifaqının Qərblə o vaxtkı əlaqələri Rusiyanın Qərblə bu gün yaşadığı münasibətlərindən fərqlənmir.
Ekspertlər hesab edir ki, davamlı tərəfdaşlığa yalnız Vaşiqntonla Moskvanın yeni liderləri nail ola bilər.