Tacikistan, Özbəkistan və Ermənistanın dövlət başçıları mayın 9-da Moskvada keçiriləcək paradda iştirak edəcək

Tacikistan prezidenti İmoməli Rəhmon Rusiya prezidenti Vladimir Putinin dəvəti ilə Moskvaya işgüzar səfərə gedib. Onun mətbuat xidməti xəbər verib ki, o, İkinci Dünya Müharibəsinin Qələbə Günü münasibətilə keçiriləcək paradda iştirak edəcək.

Öz növbəsində, Özbəkistan prezidentinin mətbuat xidməti Şavkat Mirziyoyevin də Rusiyanın paytaxtına işgüzar səfər etdiyini açıqlayıb. Səfəri zamanı o, Moskvada Qələbə bayramı şənliklərində iştirak edəcək.

Bundan əvvəl Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin parada gedəcəyi bildirilib. Onun mətbuat katibi Ruslan Jeldibayın dediyinə görə, bu, işgüzar səfərdir. Tokayev həmçinin Tver vilayətində Rjev memorialını və əmisi Qasım Boltayevin dəfn olunduğu Trubino kəndindəki kütləvi məzarlığı ziyarət edəcək.

Ermənistanın baş naziri Nikol Paşinyan da Moskvaya gedəcək. Onun Qələbə Gününə həsr olunmuş tədbirlərdə iştirak edəcəyi bildirilib.

Bundan əvvəl Moskvadakı paradda yalnız Qırğızıstan prezidenti Sadır Japarovun iştirak edəcəyi məlum idi. Mayın 7-də o, rəsmi səfərlə Rusiyaya gedib. O, Sovet əsgərinin Rjev abidəsi önünə əklil qoyub və Rjev-Vyazma istiqamətində gedən döyüşlərdə həlak olmuş qırğız əsgərlərinin abidəsini açıb.

Mayın 5-də Putinin Qələbə bayramına Türkmənistan prezidenti Serdar Berdiməhəmmədovu da dəvət etdiyi bildirilib. Onun Moskvaya gedib-getlməyəcəyi məlum deyil.

2021-ci ildə mayın 9-da Moskvada keçirilən paradda yalnız Tacikistan prezidenti Emoməli Rəhmon iştirak edib. 2022-ci ildə - Rusiyanın Ukraynaya genişmiqyaslı işğalından sonra paradda xarici qonaqlardan heç biri iştirak etməyib. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov daha sonra deyib ki, xarici dövlətlərin liderləri tədbirə dəvət olunmayıb, çünki bu, "yubiley deyil".

2023-cü il mayın 9-da Putinin Moskvadakı Qızıl Meydanda çıxışı gözlənilir.