Sentyabrın 6-dan 8-dək Bakıda ADEX 2022 beynəlxalq müdafiə sərgisi keçiriləcək.
Rusiyanın “Rosoboroneksport” şirkəti sərgidə Xəzəryanı ölkələr üçün maraq doğuracaq 500-ə yaxın silah növü təqdim edəcək, şirkətin məlumatında deyilir.
Bunlar əsasən İl-76MD-90A(E) hərbi-nəqliyyat təyyarəsi, Su-35 çoxməqsədli supermanevrli qırıcı, Ka-52(E) döyüş kəşfiyyatı və hücum helikopteri, Mi-35M nəqliyyat-döyüş helikopteri, “Terminator” döyüş maşını, 155 millimetr çaplı NATO standartlarına uyğun özüyeriyən "Msta-C" haubitsa, "Buk-M2E" zenit-raket kompleksi, "Xrizantema-C" kompleksi və s. “Rosoboroneksport” ekspozisiyasında “Tiqr” xüsusi zirehli maşınının və minadan qorunan zirehli maşının nümunələri, o cümlədən sərhədlərin və mühüm obyektlərin mühafizəsi üçün texniki vasitələr, o cümlədən avtonom mobil postlar və texniki və video televiziya nəzarəti kompleksləri nümayiş etdiriləcək.
Ümumilikdə, ADEX 2022-də Rusiya ekspozisiyasında 20-dən çox sənaye müəssisəsi iştirak edir, onlardan 6-sı öz stendlərində öz inkişaflarını nümayiş etdirəcək.
“Sərgidə Rusiya nümayəndə heyəti əməkdaşlıq və tərəfdaşlıq, birgə iş, silah istehsalı, hərbi texnikanın modernləşdirilməsi, personalın təlimi məsələlərini müzakirə etməyi planlaşdırır,” “Rosoboroneksport”un rəhbəri Aleksandr Mixeyev bildirib.
Sentyabrın 6-dan 8-dək Bakıda 4-cü Azərbaycan Beynəlxalq Müdafiə “ADEX” və 13-cü Beynəlxalq Daxili təhlükəsizlik, Mühafizə və Xilasetmə “Securex Caspian” sərgiləri keçiriləcək.
ADEX sərgisi Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Müdafiə Nazirliyinin dəstəyi ilə keçirilir.
Təşkilatçıların məlumatına görə, 208 şirkəti bir araya gətirəcək “ADEX” Bakı Ekspo Mərkəzinin üç pavilyonunu və açıq sahəsini əhatə edəcək. Bu il 8 ölkə milli stendləri ilə iştirak edəcəklər.
Sərginin baş sponsoru “Jadara Equipment & Defense Systems”, qızıl sponsoru “Turkish Aerospace”, bürünc sponsoru isə “ASFAT” şirkətidir.
ADEX 2022 sərgisində təyyarə və aviasiya sistemləri, dəniz gəmiləri və hərbi dəniz sistemləri, zirehli döyüş nəqliyyat vasitələri, radioelektron sistemlər, C4ISR, optik-elektron avadanlıq və sistemlər, pilotsuz sistemlər, hərbi geyim və ləvazimatlar, silah və sursat, simulyatorlar və təlim sistemləri, radiasiya, kimyəvi və bioloji müdafiə (RKB), hərbi təşkilatlar, ixracın təşviqi ilə məşğul olan müəssisələr və s. sektorlar təmsil olunacaq.