Rusiya BMT TŞ-də Suriya qətnaməsinə veto qoydu

Oktyabrın 8-də Rusiya Suriyanın Hələb şəhərinin bomba hücumlarına məruz qalmasına son qoyulmasına dair BMT Təhlükəsi Şurasının qətnamə layihəsinə veto qoyub.

Son 5 ildə artıq 5-ci dəfədir ki, Moskva döyüşlərin qarşısını almaq məqsədi daşıyan addımları veto ilə dayandırır.

Suriya prezidenti Bəşar Əl-Əsəd terrorizmlə mübarizə aparmır. Əksinə o, terrorizmi qızışdırir
Fransa xarici işlər naziri Jan-Mark Ayro

"Rejim və onun tərəfdarları iddia edir ki, onlar terrorizmlə mübarizə çərçivəsində hərəkət edir" - deyə Fransa xarici işlər naziri Jan-Mark Ayro bildirib. Cənab Ayro şənbə günü keçirilən nadir səsvermə üçün təcili Nyu-Yorka gəlməli olub.

"Bu tam səhvdir və mən onu ciddi ittiham edirəm. Suriya prezidenti Bəşar Əl-Əsəd terrorizmlə mübarizə aparmır. Əksinə o, terrorizmi qızışdırir" - deyə nazir vurğulayıb.

50-ə yaxın dövlət tərəfindən dəstəklənən qətnamə layihəsinin mətnin Fransa və İspaniya hazırlayıb.

Ayro son üç günü avtobus diplomatiyasının həyata keçirilməsi ilə keçirib. Belə ki, o, ABŞ Rusiya ilə Suriyaya dair əməkdaşlığı dayandırandan sonra Moskva və Vaşinqtona səfər edərək hər iki ölkənin paytaxtında təqdim edəcəkləri ölçülərə dəstək əldə etməyə çalışıb.

Rusiyanın vetosu olmasaydı ölçü qəbul olunacaqdı. Çin və Anqola bitərəf qalsa da, Venesuela Rusiyaya qoşularaq layihəyə yox deyiblər. Ancaq 11 şura üzvü qətnamə lahiyəsinin lehinə səs verib.y.