Ruslar Tramp-Putin sammiti tərcüməçisinin sorğu-suala tutulması təklifini tənqid edir

ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə danışarkən tərcüməçi Marina Qross qeydlər götürür. Helsinki, Finlandiya. 16 iyul, 2018.

Vladimir Putinə dəstək əlaməti olaraq Rusiya siyasətçiləri prezidentləri amerikalıların ABŞ Prezidenti Donald Trampa Putinlə görüş zamanı tərcüməçilik etmiş şəxsin dindirilməsi təkliflərini sərt tənqid edirlər.

Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov ümid etdiyini bildirib ki, Putinlə Tramp arasında əldə olunmuş şifahi razılıqlar yerinə yetiriləcək.

Parlametnin xarici əlaqələr komitəsinin sədri Konstantin Kosaçev belə bir addımın “bütövlükdə diplomatiya ideyası”-na təhlükə törətdiyni bildirib.

Rusiya rəsmiləri ehtiyat edirlər ki, ABŞ-da daxili siyasi təlatüm Suriya məsələsində əməkdaşlığa zərbə vuracaq, silahlara nəzarəti əngəlləyəcək.

Rusiya rəsmiləri Trampın Putinlə görüş barədə verdiyi ziddiyətli açıqlamaları şərh etməyiblər.

Lakin onlar ABŞ qanunvericilərinin Trampın təcüməçisini sorğu-suala tutmaq məramından qəzəbləniblər.

Parlamentin xarici əlaqələr komitəsinin sədri Konstantin Kosaçev belə bir addımın “bütövlükdə diplomatiya ideyası”-na təhlükə törətdiyni bildirib.

Tramp-Putin sammiti zamanı keçirilən mətbuat konfransında ABŞ prezidentinin davranışı ölkə daxilində sərt tənqidlərə məruz qalıb.

Trampın Helsinkidə Putinlə birgə mətbuat konfransı zamanı verdiyi açıqlamaları həm Respublikaçı, həm də Demokrat qanunvericilər arasında kəskin reaksiya ilə qarşılanıb. ABŞ kəşfiyyat orqanlarının Rusiyanın seçkilərə müdaxilə etməsi barədə qənaətini aktiv şəkildə müdafiə etmədiyinə görə Tramp tənqid olunub.

Qanunvericilər Trampın mətbuat konfransında Putindən daha zəif göründüyünü qeyd ediblər.