D18 Hərəkatının rəhbəri Ruslan İzzətli Amerikanın Səsinə müsahibəsində parlament seşkilərindən sonra təzyiqlərdən, ofislərindən çıxarılmasından danışıb.
Amerikanın Səsi: Sizin qərargahdan çıxmağınızın səbəbləri nədir?
Dünən, saat 4 radələrində 3 nəfər polis və bir mülki geyimli şəxs ofisimizə yaxınlaşdı. Dedilər ki, ofisi təcili tərk etməlisiniz.
Ruslan İzzətli: Təxminən on gündür izlənmə hadisəsi var idi. Dünən həyətimizdəki yaxın adamlar bildirdilər ki, on gündür həyətimizə mülki geyimli şəxslər gəlir. Bir bəhanə ilə evə girmək istəyirlər. Ya Azəriqaz, ya Azərişıq ya da Azərsu adı ilə evimizə girmək istəyirlər. Çox güman ki, evimizə nə isə qoymaq istəyirlər. Dünən gün ərzində də ofisimizin ətrafında mülki geyimli şəxlər var idi. Amma bizim əlimizdə əsaslı fakt olmadığına görə, bununla bağlı ictimaiyyətə məlumat vermirdik. Dünən saat 4 radələrində 3 nəfər polis və 1 mülki geyimli şəxs ofisimizə yaxınlaşdı. Dedilər ki, ofisi təcili tərk etməlisiniz. Səbəb kimi dedilər ki, koronavirusa görə ofislər bağlanır. Biz bununla bağlı bildiriş və ya yazılı bir sənəd göstərmələrini istədik. Sənəd göstərmədilər və bu zaman jurnalistlər ofisimizə gəldi. Jurnalistlər gələndən sonra onlar ikinci ssenarini işlətməyə başladılar. Dedilər ki, qonşulardan bizimlə bağlı şikayət var. Amma ofisimiz elə yerdədir ki, orada yaşayış yoxdur. Xüsusi bir binadır. Binada ancaq bizik. Ona görə, hansısa səs-küy, yaxud toplantı, tədbir olanda qanşulara narahatlıq yaratmır. Bizi iki il əvvəl Nərimanov metrosunun yaxınlığındakı ofisimizdən də təxminən bu cür çıxarmışdılar. Polislər ofisimizə gəlmişdi, şəkillər çəkmişdi. Polislər gedəndən sonra ofisin sahibi bizi çıxardı ki, ona təzyiq var. Biz ofisi tərk etdik. İndi bizə deyiblər, martın 10-dək ofisə getməyək. Bizə maraqlıdır ki, ofis ümumiyyətlə bağlanacaq, yoxsa martın 10-dək bağlanacaq. Bizdə belə ssenari var ki, bizi ofisdən kənarlaşdırıb, oraya hansısa bir avadanlıq yerləşdirmək istəyirlər. Amma bu, ağlabatan deyil. Çünki bunu səs-küysüz də edə bilərlər, bəlkə də ediblər. Martın 11-də mən jurnalistlərin iştirakı ilə ofisə gedəcəm və mətbuata demişdim ki, biz ofisə gələnədək axtarış aparılacaqsa, hər hanası bir əşya, avadanlıq aparılacaqsa bunun məsuliyyəti birbaşa oraya gələn polislərin üzərinə düşür.
Your browser doesn’t support HTML5
Amerikanın Səsi: Polisin hərəkətləri ilə bağlı şikayət veribsiniz? Hansı hüquqi addımları atmaq fikrindəsiniz?
Ruslan İzzətli: Biz ictimailəşdirdik. Əgər bizim ofis bağlanacaqsa hüquqi addımlar atacağıq.
Amerikanın Səsi: Bu hadisələrin pərdəarxası səbəbləri nədir?
Bu parlament seçkilərindəki aktivliyə görədir.
Ruslan İzzətli: Biz düşünürük ki, bu parlament seçkilərində olan aktivliyə görədir. Çünki, biz 9 fevralda namizəd olduğum dairədə döyüşdük. Bunu hər kəs də gördü. Bütün mətbuat da verdi. Seçki günü, seçkidən sonra. Seçki gecəsi mən Dairə Seçki Komissiyasının qarşısına getdim. Ondan sonra mən orada piket elədim. Qeyri qanuni olaraq məni 34 saylı Polis Bölməsinə apardılar. Ondan sonra, biz, REAL, Müsavat partiyaları və bir neçə müstəqil şəxsin iştirakı ilə mitinq keçirdik. Sonda biz MSK-nin qarşısına getdik. Etiraz elədik. Mən düşünürəm ki, bu, aktivlik üçündür. Hökümət idarə edə bilmədiyi və idarəsində olmadığı qurumlara və ya şəxsləri bu cür basqı ilə, psixoloji basqı ilə təzyiqlə susdurub çəkindirmək istəyir. Bu da həmin ssenarinin tərkib hissəsidir.
Amerikanın Səsi: Son günlər deputatlığa namizəd Fikrət Cəfərlinin sələhiyyətli nümayəndəsi də saxlanılıb. Seçki sonrası dövrdə yeni həbslər, təzyiqlər gözləmək olarmı?
Kifayət qədər müşahidəçilər var ki, namizədlərdən daha çox mübarizə aparırdılar. Kifayət qədər blogerlər var idi ki, kifayət qədər prosesi işıqlandırdılar.
Ruslan İzzətli: Bu gün artıq sosial medianın gündəmi nədir? Neftin qiymətinin düşməsi. Hökümət adətən bu cür çətin bir anlarda gözləyir ki, bir iqtisadi böhran ola bilər. Bu iqtisadi böhranda da insanların etirazı və narazılığı artır. Bu narazılıq artıqda haqq səsi olacaq insanlar var. Bunlar toplaşa bilər. Etiraz edə bilər. Bir ssenari bu olacaq ki, bunların qarşısını bir yolla alsınlar. Ya həbs eləsinlər. Ya ofisləri bağlansınlar. Bir təzyiqlə ki, bunlar bir yerə gəlməsin. İkinci, seçki dönəmində kifayət qədər yeni aktiv gənclər oldu. Bu o demək deyil ki, bunlar namizəd idi. Kifayət qədər müşahidəçilər var ki, namizədlərdən daha çox mübarizə aparırdılar. Kifayət qədər blogerlər var idi ki, kifayət qədər prosesi işıqlandırdılar. Bu videoların hər birinə sosial mediada 50, 100 , 150 min insan baxıb. Hökümət bu cür aktivitənin davam etməsini istəməz. Ola bilər ki, bir ay ərzində olmasın, ikinci ay başlasın. Bütün hallarda ölkədə aktiv olmuş şəxslərə, qurumlara və fərdlərə qarşı təzyiqər edəcəklər. Bunları bir yönlə susdurcaqlar. Biz sivil bir mübarizə aparırıq. Hətta 16 fevral mitinqi zamanı məni ofisin qarşısından mülki geyimli bir qrup şəxs demək olar ki, oğurlayaraq apardılar Yevlax şəhərinə. Belə bir müzakirə yarandı ki, niyə sədrlər və ya təşkilatçılar özlərinin müdafiəsini qura bilmirlər. Biz sivil mübarizə aparırıq. Biz silahlı dəstə deyilik. Biz qarşıdurmaya da meyilli deyilik ki, yanımızda 100-lərlə adam saxlayaq. Həm də mənim yanımda həmin an 6 gənc var idi. İlk tələbim bu oldu ki, heç bir zorakılıq və qarşıdurma yaratmayaq. Kiminsə bu qarşıdurmada haqlı olduğu vəziyyətdən, haqsız duruma salınmasını istəmirəm. Biz sivil mübarizəmizi aparacağıq. Yenə fikirlərimizi deyəcəyik. Yenə tədbirlər keçirəcəyik. İndi müzakirələr gedir, bir çox partiya və təşkilatçılar arasındakı seçkidən sonra bir koordinasiya mərkəzi yaradılsın. Bir birlik yaradılsın. Çünki bu seçki göstərdi ki, biz o aktivliyi yarada bilməmişik. Çünki seçici seçkiyə gəlmədi. Bu o demək deyil ki, seçkiyə inanmadı və boykotun tərəfindədir. Boykot edən toplumun alternativi mitinqdir. İnsanlar mitinqə də gəlmir. Deməli biz siyasi təşkilatlar, siyasi institutlar daha aktiv çalışmalıyıq ki, o aktivliyi yaradaq. Bu bir qurumun, təşkilatın işi deyil. Mən hər zaman, bu seçki dönəmində, ondan sonra da dedim ki, Azərbaycanda elə bir təşkilat yoxdur ki, indiki şəraitdə təkbaşına höküməti dəyişə bilsin. Ona görə biz əməkdaşlıq etməliyik. Bu əməkdaşlıq keçid üçün bir əməkdaşlıqdır. Yəni avtoritizmdən demokratiyaya keçid eləyək. Ondan sonra xalq hansı ideologiyaya, kimə səs verər-verər. Bu keçid üçün biz bir yerdə olmalıyıq. Biz hökümətin basqısı qarşısında nə edəcəyik? Biz mübarizəmizi aparacağıq.