ABŞ-da ara seçkilərə artıq bir neçə gün qalıb və Rusiyanın ABŞ demokratiyasına xələl gətirmək səyləri ilə bağlı narahatlıqlar artır. Lakin onların bu səylərinin təkcə noyabrın 6-da və ya 2020-ci ildə keçiriləcək seçkilərə müdaxilə ilə məhdudlaşmayacağına dair də narahatlıq var.
Müdafiə və təhlükəsizlik rəsmiləri narahtdır ki, Moskvanın nifaq salmaq planın bir hissəsi olaraq, onlar ABŞ ordusunu fəth etməyə çalışır və bunu mərmi və ya raketlərlə deyil, tvitlər və memlər vasitəsilə edir.
Bu taktika Rusiyanın ABŞ cəmiyyətində inamsızlıq və qəzəbin olduğu yerləri tapıb, hədəfli mesajlarla həmin bölgüləri dərinləşdirmək strategiyasının bir hissəsidir.
Hazırkı və sabiq ABŞ və Qərb rəsmilərinin sözlərinə görə, Kremlin məqsədi ABŞ ordusu üzərində refleksiv nəzarət qurmaqdır. Onlar deyir ki, ABŞ qoşunlarına düzgün dezinformasiya yeridərək, Rusiya onları Moskva üçün əlverişli seçimlər ermək və ya qərarlar verməyə yönləndirə bilər.
ABŞ-ın hərbi personalının nə dərəcədə hədəf alındığı və yönləndirildiyi bəlli deyil.
Refleksiv nəzarət
Rəsmilər və ekspertlər deyir ki, Rusiyanın ABŞ-ın silahlı qüvvələrini hədəf almaq məqsədilə təsir əməliyyatlarından istifadə etməsi təəccüblü deyil. Rusiya prezidenti Vladimir Putin bu yanaşmanı sosial mediadan istifadə edərək Ukrayna kimi yerlərdə sınaqdan keçirib və o zamandan bəri bu yanaşma Rusiyanın hərtərəfli strategiyasının mühüm bir hissəsinə çevrilib.
“Rusiyanın və ya Sovet İttifaqının bu dərəcədə təsirə malik olmaq istəyi yeni bir hal deyil”- deyə, Müdafiə Kəşfiyyatı Agentliyinin direktoru general leytenant Robet Əşli senytabr ayında Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzində çıxış edərkən söyləyib. “Bu, keşmiş KQB agenti olaraq Putinin DNK-sındadır”, o deyib.
ABŞ rəsmiləri bir neçə müddətdir bu səylərdən xəbərdardır. Məsələn, 2017-ci ilin mart ayında Müdafiə İnformasiyası Məktəbinin ordunun ictimaiyyətlə əlaqələr zabitlərinə təqdimatında sosial mediadakı dezinformasiya ordu sıralarında “inam və etimadı” sarsıdacaq yüksək-riskli problem olaraq müyyən edilmişdi.
Lakin ordunun sosial mediayla bağlı səyləri ordu personalını hədəf alan fırıldaqlarına və ya uygunsuz və ya hətta qanunsuz davranışa yönəlib.
Bəzi yüksək vəzifəli ABŞ rəsmiləri Rusiyanın təsir əməliyyatının təhlükələrinin əhəmiyyətini azaltmağa çalışıb və ABŞ qoşunlarına qarşı bu təhlükənin başqalarına qarşı təhlükədən heç fərqli olmadığını deyib.
Artıq nəticə verirmi?
Ekspertlər narahatdır ki, Rusiyanın ABŞ ordusunu hədəf alan təsir əməliyyatlarına ordu problemi deyil, Amerika problemi olaraq yanaşmaq ABŞ ordusunu Rusiyanın sosial media hücumlarının təhlükələrinə açıb.
“ABŞ ordusunun persinalı və veteranlar Rusiyanın təsir səylərinin açıq-aydın mühüm bir hissəsidir, lakin heç kəs bununla kifayət qədər maraqlanmır” – deyə, Federal Təhqiqat Bürosunun sabiq xüsusi agenti Klint Vatts bildirib.
Daha öncə Rusiyanın təsir əməliyyatları ilə bağlı Konqres önündə ifadə verən Vatts rusiyalıların bu məsələrə böyük irəliləyişlər etdiyini düşünür.