Rusiyanın kosmik modulu 14 illik gecikmədən sonra Beynəlxalq Kosmik Stansiyaya qoşulub

Rusiyanın yeni kosmik-laboratoriya modulu 14 illik gecikmədən sonra uğurlu şəkildə Beynəlxalq Kosmik Stansiyaya (BKS) birləşə bilib. Bu modul kosmik stansiyaya elmi təcrübələr və yaşayış üçün əlavə yer əlavə edib.

NASA və Rusiyanın kosmik agentliyi Roskosmos bildirir ki, Nauka (Elm) adlı modul koordinasiya edilmiş ümumdünya vaxtı ilə gündüz saat 1:29-da Beynəlxalq Kosmik Stansiyaya qoşulub.

20 metr tonluq çoxməqsədli modul Qazaxıstandakı Baykanur Kosmodromundan havaya qalxandan səkkiz gün sonra kosmik stansiyaya birləşib.

Nauka hazırda BKS-dakı ən böyük moduludur. Birləşmə prossesi BKS-in göyərtəsindəki rusiyalı missiyaya nəzarət mütəxəssisləri və rusiyalı kosmonavtların həyata keçirdiyi bir neçə manevrdən sonra baş tutub.

NASA modulun kosmik stansiya ilə tam inteqrasiyası üçün təxminən bir neçə ay çəkəcəyini və bunu üçün 11 dəfə açıq kosmosa çıxmağa ehtiyacın olduğunu bildirib.

Nauka-nın istifadəyə verilməsi texniki problemlər ucbatından dəfələrlə təxirə salınıb. Modulun ilk hələ 2007-ci ildə orbitə göndərilməsi planlaşdırılırdı.

Daha sonra 2013-cü ildə mütəxəssislərin yanacaq sistemində çirklənmə aşkar etməsi nəticədə modul uzun və bahalı yenilənmə prossesindən keçib.

Nauka-nın digər sistemləri isə son 14 ildə modernləşdirmə və ya təmirə məruz qalıb.

Nauka ilk növbədə tədqiqat üçün istifadə ediləcək. Lakin bununla yanaşı kosmik stansiyada daha çox oksigen, su sistemlərinin saxlanması üçün əlavə yer yaradacaq. Üstəlik burada əlavə tualetlər də quraşdırılıb.

Nauka 2001-ci ildə müvəqqəti olaraq BKS-a qoşulan, lakin nəticədə iyirmi ildir xidmət göstərən Pirs modulunu əvəz edəcək.

Pirs bu həftənin əvvəlində BKS-dan ayrıldıqdan sonra Sakit Okeana endirilib.