Rusiyada təyyarə qəzaya uğrayıb

Rusiya təyyarəsi bazar günü Tatarıstan regionu üzərində qəzaya uğrayıb. Fövqəladə hallar nazirliyinin məlumatına görə, nəticədə 16 nəfər ölüb, yeddi nəfər yaralanıb.

L-410 Turbolet təyyarəsi qəaya etdiyi zaman təyyarədə 23 nəfər olub. Onlar arasında bir qrup paraşütçü də olub. Nazirliyin bildirdiyinə görə, qəza Menzelinsk şəhəri yaxınlığında yerli vaxtla saat 9:23-də baş verib. Nazirlik dağıntılar arasındaın yeddi nəfərin xilas edildiyini bildirib.

Onların hər biri xəstəxanaya yerləşdirilib, birinin “vəziyyəti ciddidir.”

L-410 iki motorlu qısa-məsafə üçün nəzərdə tutulan bir təyyarədir.

Rusiyanın son illərdə aviasiya təhlükəsizliyi standartlarını yaxşılaşdırmasına baxmayaraq, xüsusilə də ucqar regionlarda köhnə təyyarələrdə qəzalar tez-tez baş verir.

Ötən ay An-26 model tipli Antonov təyyarəsi qəzaya uğrayıb, altı nəfərin ölümü ilə nəticələnib. İyul ayında isə Kamçatkada bir digər təyyarə qəzaya uğrayıb və nəticədə 28 nəfər həyatını itirib.