Rusiyada prezident seçkiləri mart ayının 4-nə təyin edildi

  • Amerikanın səsi

Тандем

Rusiya parlamentinin yuxarı palatası prezident seçkilər gününü mart ayının 4-nə təyin edib. Seçkilərin Vladimir Putinin dövlət başçısı vəzifəsinə gaytaracğı gözlənilir.

Bu ilin əvvəlində hazırda baş nazir Putinlə prezident Dmitri Medvedev mart ayında keçiriləcək seçkilərdə vəzifələrini başabaş dəyişəcəkləri barədə planı ictimayyətin nəzərinə çatdırdı. Bu plan cənab Putinə Rusiyaya 24 il rəhbərlik etməyə şərait yaradacaq.

Bu, Leonid Brejnevin prezidentlik dövründən daha uzun müddətdir. Leonid Brejnev Sovet İttifaqını 17 il idarə edib. Rusiya mətbuatında dərc olunmuş karikaturada yaşlanmış Vladimir Putin Brejnevə oxşar tərzdə sinəsi medallarla bəzədlimiş formada əks etdirilib.