Rusiyada nəqliyyat üzrə yüksək səviyyəli polis rəsmisi vəzifəsindən azad edildi

Rusiyada nəqliyyat üzrə yüksək səviyyəli polis rəsmisi vəzifəsindən azad edildi

Cənab Medvedev dünən Domodedovo hava limanında təhlükəsizliyi tam anarxiya kimi təsvir etmişdi

Rusiya prezidenti Dmitri Medvedev nəqliyyat üzrə yüksək səviyyəli polis rəsmisini vəzifədən azad edib.Prezident Moskva hava limanında baş verən partlayışın səbəbini təhlükəsizlik sahəsində yol verilən nöqsanlarda görür.Cənab Medvedev bu gün Rusiyanın mərkəzi nəqliyyat dairəsinin rəhbəri Andrey Alekseyevi işdən çıxardığını elan edərək daha da çox işçini vəzifələrindən azad edəcəyinə işarə edib.Prezident bu açıqlamanı Dünya İqtisadiyyat Forumunda baş məruzəçi kimi iştirak etmək üçün İsveçrənin Davos şəhərinə yola düşməzdən bir az əvvəl verib.Cənab Medvedev hava limanında təhlükəsizlik standardlarını tənqid edib. Dünən o, Domodedovo hava limanında təhlükəsizliyi tam anarxiya kimi təsvir etmişdi. Bazar ertəsi aeroportda törədilən partlayışda səkkiz xarici vətəndaş daxil olmaqla 35 nəfər həlak olub, 168 nəfər isə yaralanıb.