Rusiyada müxalifətin aksiya keçirməsinə icazə verilib

  • Amerikanın səsi

Rusiyada müxalifətin aksiya keçirməsinə icazə verilib

Rusiyada müxalifətin seçki saxtakarlıqlarına etiraz olaraq aksiya keçirməsinə icazə verilib. Sabah 30 mindən artıq nümayişçinin aksiyaya qatılacağı təxmin edilir.

Bazar günü parlament seçkilərində baş nazir Vladimir Putinin Vahid Rusiya partiyasının qələbəsindən sonra keçirilən yürüş zorakılıqla dağıdılmışdı. Putinin mart ayında keçiriləcək seçkilər zamanı yenidən prezidentlik vəzifəsini qazanacağı gözlənilir.

Dünən Rusiya prezidenti Dmitri Medvedev parlament seçkiləri zamanı saxtakarlıqlara yol verildiyinə ittihamlarla bağlı araşdırma aparılmasına çağırıb.

Eyni zamanda Rusiyanın baş naziri Vladimir Putin Vaşinqtonu müxalifətə dəstək verməkdə ittiham edib. Putin deyib ki, ABŞ dövlət katibi Hillari Klintonun bəyanatları onun opponentlərinə işarədir. Klinton Ruisyanın parlament seçkilərinin azad və ədalətli keçmədiyini və onun nəticələrinin ciddi narahatlıqlara səbəb olduğunu bildirib.