Sergey Lavrov Azərbaycana gəlib

Sergey Lavrov

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Azərbaycana işgüzar səfəri başlayıb.

Trend agentliyi Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev ə istinadən bildirir ki, səfər çərçivəsində iki ölkə arasında ikitərəfli və çoxtərəfli münasibətlər, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, həmçinin münaqişənin tənzimlənməsində ATƏT-in Minsk qrupunun həmsədri kimi Rusiyanın rolu müzakirə ediləcək.

S.Lavrov qısamüddətli işgüzar səfər zamanı Azərbaycan xarici işlərnaziri Elmar Məmmədyarov və digər rəsmi şəxslərlə görüşəcək.