"Rusiya təyyarəsi ABŞ-a kömək məqsədilə yola düşüb"

Rusiya hərbi təyyarəsi çərşənbə günü Moskvanın ətrafındakı bir aerodromdan qalxıb və koronavirusla mübarizədə kömək üçün tibbi avadanlıq və maska ​ilə​ ABŞ-a yola düşüb. Bu barədə Rusiyanın dövlət televiziyası məlumat verib.

Prezident Vladimir Putin bazar ertəsi Donald Trampla telefon danışığı zamanı virusla mübarizə yollarını müzakirə edərkən ABŞ-a yardım təklif edib.

Rusiya Müdafiə Nazirliyinin təşkil etdiyi bu yardımı Trampın onu Putindən uzaq olmağa çağıran və Moskvanın təsirini artırmaq üçün bu yardımı geosiyasi və təbliğat vasitəsi kimi istifadə etdiyini iddia edən bəzi tənqidçilər rədd edə bilər. Kreml bu iddiaları qəbul etmir.

İnterfaks xəbər agentliyinin məlumatına görə, "Tramp bu humanitar yardımı minnətdarlıqla qəbul edib” - deyə, Kremlin sözçüsü Dmitri Peskov çərşənbə axşamı gecə bildirib. Tramp özü Putinlə danışdıqdan sonra Rusiyanın köməyi barədə həvəslə danışıb.

Rusiyanın "Rossiya 24" kanalı çərşənbə günü səhər Moskva yaxınlığındakı hərbi hava bazasından havaya qalxan təyyarəni qaranlıqda göstərib. Onun yük hissəsi karton qutular və digər paketlərlə doldurulmuşdu.

ABŞ-da təsdiqlənmiş yoluxma hallarının sayı 187 000-i keçib və təxminən 3900 nəfər COVID-19 nəticəsində ölüb.

Bəzi həkimlərin rəsmi məlumatların doğruluğunu şübhə altına aldığı Rusiyada təsdiqlənmiş yoluxma halları rəsmi olaraq 2337-dir və 17 nəfərin öldüyü bildirilir.

Son illər Rusiyanın qəbul etməməsinə baxmayaraq, Moskva ilə Vaşinqton arasındakı münasibətlər Suriyadan Ukraynaya, seçkilərə müdaxiləsinə kimi mövzularla gərginləşmişdi.

Putinin sözçüsü Peskov bildirib ki, Moskvanın da ehtiyacı olsa, ABŞ-ın Rusiyaya tibbi yardım göstərəcəyinə ümid edir.