Rusiyanın Newsru. xəbər saytı bağlandığını elan edib

Rusiyanın onlayn xəbər saytı Newsru mayın 31-də iqtisadi səbəblərdən bağlandığını elan edib. Xəbər saytı buna səbəbin reklam verənlərin saytdakı xəbər seçiminin Kremlin tələblərinə uyğun olmadığını deyərək, saytla işləməkdən çəkindiyini bildirib.

Rusiyanın TV media landşaftında Kremlin tərəfdarı olan dövlət qurumları üstünlük təşkil edir. İnternetdə və mətbuatda çeşid daha çox olsa da, xaricdən maliyyələşdirilən Kremlin tənqidçiləri "xarici agentlər" kimi etiketlənir ki, bu da reklam verənləri və oxucuları qorxuya salır.

Son illərdə ilk növbədə xəbər saytı kimi fəaliyyət göstərən Newsru maliyyə səbəbindən fəaliyyətini davam etdirə bilməyəcəyini deyib.

"İşimizi iqtisadi səbəblərdən dayandırırıq, lakin bizi bunu etməyə ölkədəki siyasi vəziyyət təhrik edir" - deyərək, Newsru veb səhifəsində oxucuları ilə vidalaşıb.

2000-ci ildə, Prezident Vladimir Putinin Kremldə ilk səlahiyyət müddətinə başlayanda yaranan Newsru 2014-cü ili Rusiyanın xarici siyasətində və daxili iqtisadiyyatında kəskin dəyişilik olduğunu vurğulayıb.

Bu, Rusiyanın Krımı Ukraynadan ilhaq etdiyi, ölkədə vətənpərvərlik hissinin artdığı və Qərblə münasibətlərin Soyuq Müharibədən sonrakı ən aşağı səviyyəyə endiyi il olub.

"Gündəmdəki simamız dövlət (media) mənbələrinin bəyəndiyi şəkildən o qədər fərqləndi ki, 2014-cü il hadisələrindən sonra böyük reklamverənlər bizimlə əməkdaşlığı dayandırdı. Bəziləri isə bu il xüsusilə ehtiyatlı olmağa başladı" - deyə, Newsru yazıb.

Kreml müstəqil mediyaya qarşı təzyiqləri rədd edir, onlayn xəbər mediasının canlı, insanların seçim edə bildikləri bir çox mənbənin olduğunu və onların müxtəlif səbəblərdən açılıb-bağlanıldığını deyir.

Kremlin tənqidçisi Aleksey Navalnının həbsi və qonşu Ukraynaya hədə-qorxu gəlməsi bu il Rusiyanın Qərblə münasibətlərini kəskin şəkildə gərginləşdirib.

Newsru Rusiyadakı dövlətin istədiyi hər kəsə "ekstremist" və ya "xarici agent" kimi damğalamasını tələb edən media qaydalarından da şikayətlənib.