ABŞ Rusiyanın 3 şəhərində viza şöbələrinin işini bərpa edir

Rusiyanın 3 şəhərində müsahibə tələb olunan viza şəbələri fəaliyytini bərpa edəcək. TASS xəbər agentliyi ABŞ-ın Rusiyadakı səfiri Con Hantsmana istinadən bildirib, Sankt-Peterburq, Yekaterinburq və Vladivostok şəhərlərində viza şəbələri yaxın zamanda fəaliyyətə başlayacaq.

"Biz əlimizdən gələni edirik. Ümid edirəm ki, gələn bir neçə həftə ərzində viza prosesi başlayacaq", Hantsman bildirib.

Səfir əlavə edib ki, Vaşinqtonun Rusiya fərdləri və şirkətlərinə sanksiya tətbiq etməsinə bamayaraq, ABŞ-Rusiya münasibətlərində etimad yaranacaq.

ABŞ Rusiyaya qarşı sanksiyaları 2014-cü ildə Krımın ilhaqından sonra tətbiq edib.

Sentyarbın 1-dən etibarən Rusiyada olan bütün konsulluqlar və Moskvadakı səfirlik müsahibə tələb edilməyən qeyri-imiqrant vizaların təminini bərpa edib.

Rusiyanın kadrların ixtisarı sərəncamından sonra konsulluq işçilərinin çatışmazlığı viza prosesini çətinləşdirir.

İyul ayında Rusiya Birləşmiş Ştatların sanksiyalarına cavab olaraq ABŞ səfirliyinin işçilərini diplomatik mülkiyyətdən çıxarıb və işçilərin sayının 1200-dən 755 nəfərə qədər azaldılmasını tələb edib.

Bunun qarşılığında ABŞ viza proseslərini dayandırıb.