Rusiya parlamentinin Yuxarı Palatası vətənə xəyanətlə bağlı yeni qanun layihəsini təsdiq edib

Rusiya parlamentinin Yuxarı Palatası vətənə xəyanətlə bağlı yeni qanun layihəsini təsdiq edib.

Qanun xarici qeyri-hökumət təşkilatlarını məxfi məlumatla təmin edənlərin məsuliyyətə cəlb edilməsini təmin edir. Qanun həmçinin xarici hökumətlərin xeyrinə casusluq və Rusiyanın xarici təhlükəsizliyinə hədələri də özündə əks etdirir.

Federasiya Birliyi bu barədə qərarı bu gün qəbul edib. Hazırda sənəd prezident Vladimir Putinin imzasına göndərilib. Qanun layihəsi Rusiyanın suverenliyi, konstitusiya təsisatı, ərazi bütövlüyü də daxil edilməklə, vətənə xəyanət məfhumuna geniş məna verir.

Human Rights Watch və Avropa İttifaqının xarici siyasət şöbəsinin rəhbəri Ketrin Eşton qanun layihəsindən sui-istafadə edilə biləcəyi barədə narahatlığını bildirib.