Moskvanın Rusiya valyutasını dəstəkləmək üçün müdaxilə edəcəyəni bəyan etməsindən bir gün sonra rublun məzənnəsinin bir qədər artdığı müşahidə edilir.
Bu, Rusiyanın maliyyə nazirinin rublu tənzimləmək üçün ehtiyat mənbələrdən xarici valyutanln satılacağını elan etməsindən sonra baş verib.
Gün ərzində Rusiya paytaxtında rublun dəyəri 5 faiz artaraq bir dolların müqabilində 64 rubl səviyyəsində olub.
Bu, ötən günə nisbətən daha yaxşı göstəricidır, belə ki dünən gün ərzində rublun dəyəri 1 dollar üçün 80 səviyyəsində enib. Rusiya valyutası bu il Qərb valyutalarına qarşı 60 faiz dəyər itirib.
Dünən təcili iclasdan sonra Rusiyanın iqtisadiyyat naziri Aleksey Ulyukayev böhranın aradan qaldırılması üçün tədbirlər görüləcəyini, lakin xarici valyuta alqısına nəzarətin daha da artacağını istisna edib.
Moskvanın Mərkəzi Bankı iqtisadiyyatın dirçəlişi üçün faiz dərəcələrini 10.5 faizdən 17 faizə qədər artırıb. Bu, faiz dərəcələrinin son 16 ildə ən yüksək artımıdır.