Rusiyanın maşın karvanının Ukraynaya daxil olmasına icazə verilməyəcək

Ukraynanın daxili işlər naziri Rusiyanın Ukraynanın şərq bölgəsinə göndərdiyi maşın karvanının ölkəyə daxil olmasına icazə verilməyəcəyini bildirib.

Arsen Avakov Rusiyanın yardımını təcavüzkarın təhrikçiliyi kimi qiymətləndirib.

Rusiya 300 yük maşını ilə yüzlərlə ton yardımı rusdilli əhaliyə göndərildiyini bildirir.

Ukrayna xoş məramın yalnız Qırmızı Xaç Təşkilatı tərəfindən yoxlandıqdan sonra qəbul edilə biləcəyini deyib. Qırmızı Xaç Rusiyadan yardımla bağlı heç bir məlumat almadığını bildirib.

Rəsmi Kiyev bildirib ki, Rusiya yükləri sərhəddə Qırmızı Xaca təhvil verə bilər.

Yardım təşkilatları Donetsk və Luqanskda tibbi ləvazımat, su və elektrikə ehtiyac olduğunu bildirir.

ABŞ Dövlət Departamenti silah daşınmadığında əmin olmaq üçün yüklərin sərhəddə yoxlanmasına dair Ukraynanı dəstəklədiyini bəyan edib.