Rusiya Ukrayna ilə danışıqların növbəti mərhələsinə hazır olduğunu bildirsə də, Ukrayna şəhərlərini atəşə tutmaqda davam edir

Rusiya qüvvələri çərşənbə günü Ukraynanın bir çox şəhərlərini atəşə tutmaqda davam edərkən, Rusiya rəsmiləri Ukrayna ilə danışıqların növbəti mərhələsinə hazır olduqlarını bildirib. Rusiyanın ana müxalifət lideri bu arada Rusiyada və bütün dünyada insanları Ukraynanın işğalına qarşı gündəlik etiraz aksiyaları keçirməyə çağırıb.

Çərşənbə günü zorakılıqlarına ölkənin cənub-şərqindəki liman şəhəri Mariupolun atəşə tutulması və Rusiya ordusunun cənubdakı Xerson şəhərini ələ keçirməsi ilə bağlı təsdiqlənməmiş iddialar daxildir.

Çərşənbə günü yayımlanan videoda Ukrayna prezidenti Volodimir Zelenski çərşənbə axşamı Kyivdə Holokost memorialı Babi Yarın yanında yerləşən televiziya qülləsində baş verən partlayışdan danışıb.

“Bu, insanlıqdan kənardır. Bu cür raket zərbəsi o deməkdir ki, bir çox rus üçün bizim Kyiv tamamilə yad bir yerdir. Onlar paytaxtımız, tariximiz haqqında heç nə bilmirlər. Onlara tariximizi, ölkəmizi, hamımızı yer üzərindən silmək əmri verilib,” deyə Zelenski bildirib.

Özü də yəhudi olan Zelenski bütün dünyadakı yəhudiləri Ukraynada baş verənlərə “səssiz qalmamağa” çağırıb.

“Çünki faşizm sükut içərisində doğulur. Mülki əhalinin öldürülməsi barədə qışqırın, ukraynalıların öldürülməsi haqqında qışqırın,” o deyib.

Kremlin həbsdə olan tənqidçisi Aleksey Navalnının mətbuat katibi müxalifət liderinin Tvitter səhifəsində “Rusiya prezidenti Vladimir Putin Rusiya deyil və insanlar işğala qarşı çıxışmaq üçün artıq gözləyə bilməzlər” yazıb.

Navalnı “Rusiyada, Belarusiyada və ya planetin o tayındakı” insanları öz şəhərlərinin əsas meydanlarına toplaşıb nümayiş keçirməyə çağırıb.

Kremlin sözçüsü Dmitri Peskov bu həftənin əvvəlində keçirilən birinci raund danışıqlarda yalnız gələcək danışıqlar üçün razılıq əldə edildiyini və Rusiya nümayəndə heyətinin Ukrayna rəsmiləri ilə danışıqların ikinci raundunu keçirməyə hazır olduğunu bildirib. İkinci raund danışıqlar üçün heç bir tarix müəyyən edilməyib və Ukrayna tərəfinin görüşüb-görüşməyəcəyi məlum deyil.

Zelenski çərşənbə axşamı deyib ki, Rusiya danışıqlara şans vermək üçün əvvəlcə döyüşləri dayandırmalıdır.