Britaniya “Aeroflot” hava yolları şirkətinə sanksiyalar tətbiq edib

Britaniyanın Baş naziri Boris Conson “Aeroflot” hava yolları şirkətinə və VTB də daxil olmaqla, Rusiya banklarına qarşı sanksiyaların tətbiq edildiyini bildirib. Onun sözlərinə görə, VTB-nin bütün aktivləri dondurulacaq.

London rusların Britaniyadakı hesablarında saxlaya biləcəkləri məbləğə də (66 800) məhdudiyyətlər qoyur. Bundan əlavə, Rusiyadan yüksək texnologiyalı məhsulların ixracı qadağan ediləcək. Conson gələcəkdə Rusiyanın SWIFT banklararası ödəniş sistemindən ayrılacağını istisna etməyib.

“The Guardian” yazır ki, Rusiya oliqarxları da sanksiyalara məruz qalacaq. Bu siyahıya Rusiya Prezidenti Vladimir Putinin qızı Katerina Tixonovanın keçmiş əri Kiril Şamalov da daxildir.

Britaniya eləcə də Prezidentin müavini, VTB İdarə Heyətinin sədri Denis Bortnikov və Birləşmiş Aviasiya Korporasiyasının rəhbəri Yuri Slyusara qarşı sanksiyalar tətbiq edib.

Rusiyanın Ukraynaya təcavüzü fonunda Latviya və Çexiya ruslara viza verilməsini dayandırıb. Çexiya prezidenti Miloş Zeman Rusiyanı SWIFT sistemindən ayırmağı təklif edib. O, “Ruslar dəli deyil” deyərək, Rusiyanın müharibə etməyəcəyinə inandığına görə yanıldığını etiraf edib.

Rusiyanın Ukraynada hərbi əməliyyatlara başlaması ilə bağlı Co Bayden, Boris Conson və NATO-nun Baş katibi Yens Stoltenberq bəyanatlarla çıxış edib. Bayden deyib ki, Ukraynaya hücumun dağıntılarına görə yalnız Rusiya cavabdehdir. Boris Conson Putinin “qan tökmək və məhv etmək yolunu seçdiyini” deyib və Britaniya və müttəfiqlərindən sərt cavab vəd edib. Stoltenberq Rusiyanı “ehtiyatsız və əsassız hücumu” dərhal dayandırmağa çağırıb.